
İİTKM “İslam ölkələrinin iqtisadi potensialı” kitabının yazılması üçün müəllifləri əməkdaşlığa dəvət edir
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İslam ölkələrinin iqtisadi potensialı” kitabının yazılmasında iştirak etmək istəyən təcrübəli və bu sahəyə bələd müəlliflər axtarışındadır.
Kitabın hazırlanmasında məqsəd islam dövlətlərin iqtisadi mənzərəsi, çağırışları və imkanları haqqında ətraflı məlumat verməkdir.
Seçiləcək müəlliflər qarşısında qoyulan əsas tələb mövzuların islam ölkələrinə təsir edən iqtisadi siyasət və ticarət əlaqələri, investisiya mühiti, maliyyə sistemləri və sosial-iqtisadi amillərini geniş əhatə etməsi, lakin bununla məhdudlaşmamasıdır.
Bu məsələdə maraqlı olan müəlliflər iqtisadiyyat, beynəlxalq münasibətlər və ya əlaqəli sahələrdə böyük təcrübəyə malik olmalıdırlar. Seçim zamanı namizədlərin bu sahələrdə, xüsusən də islam ölkələrinə dair tədqiqat və nəşrlərinin olmasına üstünlük veriləcək.
Metodologiya, zaman qrafiki və təqdimetmə qaydaları üçün linkə keçid edə bilərsiniz: https://shorturl.at/uYnWd.
Təkliflər 10 iyun 2024-cü il tarixinə qədər təqdim edilməlidir. Təfərrüatlı plan, nümunə fəsil və müəllifin tərcümeyi-halı daxil olmaqla, yekun sənədlərin qəbulu 30 iyun 2024-cü il tarixinə qədərdir. Yazıların göndəriləcəyi ünvan: vusala.jafarova@ereforms.gov.az.
Qeyd: Kitabın ingilis dilində hazırlanması nəzərdə tutulub.
Qiymətləndirmə və seçim:
Namizədlər onların qeyd edilən sahə üzrə peşəkar fəaliyyəti, təklif olunan metodologiyanın məqsədəuyğunluğu və təqdim edilən materialların İslam ölkələrinin iqtisadi mənzərəsini yarada bilməsi meyarları əsasında qiymətləndiriləcək. Seçim komitəsi 15 iyun 2024-cü il tarixinədək seçilmiş müəllifi elan edəcək.
Ekspert yazıları
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycan-Almaniya strateji tərəfdaşlığında yeni perspektivlər: Yaşıl gələcəyə doğru
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Süni intellektə strateji baxış ölkənin rəqəmsal gələcəyinin möhkəmlənməsində mühüm rol oynayacaq
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Sosial sahibkarlıq iqtisadiyyatın dayanıqlılığı üçün mühüm vasitədir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
İğdır-Naxçıvan qaz kəməri: sosial-iqtisadi, siyasi və strateji əhəmiyyəti
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafı ixrac bazarlarına müsbət təsir göstərəcək
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi
Davos 2025: “İntellektual əsrdə sənayelər”
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Davos 2025 “İnsanlara investisiya”