İİTKM-in şöbə müdiri İstanbulda “Türk Dünyası Yay Məktəbi”ndə çıxış edib
İqtisad İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İTKM) Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri Vüsalə Cəfərova Türkiyənin İbn Haldun Universitetində keçirilən 2-ci “Türk Dünyası Yay Məktəbi”ndə təqdimatla çıxış edib. O, “Türk Dünyası iqtisadiyyatı və iqtisadi inteqrasiya üzrə tövsiyələr” mövzusunda mühazirəsində Türk dövlətləri arasında iqtisadi əlaqələr, qarşılıqlı ticarət və investisiya göstəriciləri və perspektivləri ilə bağlı tədqiqatını təqdim edib, regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
İbn Haldun Universiteti (İHU) və Türk Dövlətləri Təşkilatının (TDT) təşkilatçılığı ilə “Yüksələn Türk Dünyası” devizi altında keçirilən yay məktəbində 27 ölkədən 60-dan artıq iştirakçı, o cümlədən ekspertlər, alimlər və tələbələr iştirak ediblər.
Vüsalə Cəfərova səfər çərçivəsində İHU-nun Kitabxanasının rəhbəri Sönməz Çeliklə də görüşüb. Görüşdə İqtisad İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi tərəfindən birgə hazırlanan və İİTKM-in icraçı direktoru, i.e.d., professor Vüsal Qasımlının elmi redaktorluğu ilə nəşr olunan “Türk Dövlətləri İqtisadiyyatı” kitabı İHU-nun kitabxanasına təqdim edilib.
Kitabın nüsxəsi İHU Kitabxanasının kolleksiyasına, eləcə də kitabxananın onlayn kataloquna rəqəmsal formatda daxil edilib. Tədqiqatçılar və tələbələr kitabı aşağıdakı linkdən əldə edə bilərlər:







Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar