İİTKM “International Business Magazine Awards 2026” beynəlxalq müsabiqəsində iki kateqoriya üzrə qalib olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “International Business Magazine” beynəlxalq media qurumunun təşkil etdiyi “International Business Magazine Awards 2026” müsabiqəsində iki nüfuzlu kateqoriya üzrə qalib elan olunub. Qurum “National Think Tank Excellence Award – Azerbaijan 2026” (Milli analitik mərkəz - mükəmməllik mükafatı) və “Best Research Institution Supporting National Reforms – Azerbaijan 2026” (Milli islahatlara dəstək üzrə ən yaxşı tədqiqat qurumu) mükafatlarına layiq görülüb.
Bu mükafatlar Mərkəzin ölkədə həyata keçirilən struktur və institusional iqtisadi islahatlara elmi-analitik dəstək göstərməsi, dövlət proqramlarının monitorinq və qiymətləndirilməsi mexanizmlərinin təkmilləşdirilməsi, məlumat əsaslı qərarvermə sistemlərinin tətbiqi və strateji idarəetmə sahəsində innovativ yanaşmaların formalaşdırılması istiqamətində gördüyü sistemli və nəticəyönümlü fəaliyyətin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
“National Think Tank Excellence Award” mükafatı Mərkəzin analitik potensialının, tədqiqat keyfiyyətinin, siyasət sənədlərinin hazırlanmasında metodoloji əsaslandırmanın və dövlət qərarlarının formalaşdırılmasında institusional rolunun yüksək qiymətləndirildiyini təsdiq edir.
“Best Research Institution Supporting National Reforms” kateqoriyası üzrə qalibiyyət isə Mərkəzin ölkədə həyata keçirilən iqtisadi, sosial və institusional islahatlara elmi əsaslı töhfə verməsi, strateji sənədlərin icrasının qiymətləndirilməsi, nəticə indikatorlarının hazırlanması və rəqəmsal monitorinq platformalarının tətbiqi sahəsində göstərdiyi fəaliyyətin beynəlxalq ekspert qrupu tərəfindən müsbət dəyərləndirilməsini əks etdirir.
Müsabiqədə müxtəlif ölkələrdən dövlət qurumları, tədqiqat institutları və beynəlxalq təşkilatlar da mükafatlandırılıb ki, bu da Mərkəzin qlobal analitik və idarəetmə mühitində rəqabətqabiliyyətli mövqeyə malik olduğunu göstərir.
Eyni zamanda, bu uğur dövlət idarəçiliyində şəffaflıq, hesabatlılıq və rəqəmsal transformasiya prinsiplərinin tətbiqinin uğurlu nəticələrinin beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Fərmanı ilə yaradılıb. Dövlət başçısının fərman və sərəncamlarına uyğun olaraq, strategiyaların, dövlət proqramlarının, milli fəaliyyət planlarının, strateji yol xəritələrinin və digər mühüm siyasət sənədlərinin icrasının monitorinqi və qiymətləndirilməsi Mərkəz tərəfindən həyata keçirilir.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib