İİTKM-in şöbə müdirinin məqaləsi “The Liberum” portalında dərc olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri İlyas Hüseynovun müəllifi olduğu “The South Caucasus as Europe’s Strategic Gateway: The Importance of the EU–Azerbaijan Partnership in the Turkic World” (Cənubi Qafqaz Avropanın strateji qapısı kimi: Türk dünyasında Aİ–Azərbaycan tərəfdaşlığının əhəmiyyəti) adlı analitik məqalə beynəlxalq platformada dərc olunub.
Məqalədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərinin geosiyasi və geoiqtisadi əhəmiyyəti təhlil olunub. Müəllif qeyd edir ki, Avropa İttifaqı–Azərbaycan tərəfdaşlığı, “Global Gateway” təşəbbüsü çərçivəsində yeni investisiyaların ayrılması, nəqliyyat, rəqəmsal infrastruktur və yaşıl enerji layihələrinin dəstəklənməsi ölkəmizin Avropa ilə Mərkəzi Asiya arasında strateji bağlantı mərkəzi kimi rolunu daha da gücləndirir.
Müəllif Orta Dəhlizin artıq alternativ marşrut deyil, Avropa ilə Türk dünyasını və Mərkəzi Asiyanı birləşdirən əsas iqtisadi və logistik arteriyalardan birinə çevrildiyini vurğulayır. Məqalədə Türk Dövlətləri Təşkilatının “Türk Dünyası – 2040 Vizyonu” ilə Avropa İttifaqının “Global Gateway” strategiyası arasında nəqliyyat, rəqəmsal transformasiya, enerji və dayanıqlı inkişaf sahələrində mühüm uyğunluğun mövcud olduğu qeyd edilir.
İlyas Hüseynov Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə regional inteqrasiyanın dərinləşdirilməsi, nəqliyyat əlaqələrinin genişləndirilməsi və iqtisadi əməkdaşlığın inkişafı istiqamətində həyata keçirilən təşəbbüslərin Avropa ilə Türk dünyası arasında strateji tərəfdaşlığın formalaşmasına mühüm töhfə verdiyini bildirir.
Məqalədə həmçinin enerji əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğu, Xəzər dənizində yaşıl enerji layihələrinin, Yaşıl Enerji Dəhlizinin və COP29-un yaratdığı yeni imkanların Azərbaycanın Avropanın enerji təhlükəsizliyi və dayanıqlı inkişaf gündəliyində strateji rolunu daha da artırdığı vurğulanır.
Müəllif nəticə olaraq bildirir ki, Azərbaycan artıq yalnız etibarlı enerji təchizatçısı deyil, həm də Avropa, Türk dünyası, Mərkəzi Asiya və Qlobal Cənub arasında iqtisadi, nəqliyyat və geosiyasi əlaqələri birləşdirən mühüm strateji tərəfdaşa çevrilib.
Qeyd edək ki, “The Liberum” beynəlxalq siyasət, geosiyasət, iqtisadiyyat, təhlükəsizlik və regional əməkdaşlıq mövzularında analitik məqalələr dərc edən beynəlxalq təhlil platformasıdır.
Məqaləni oxumaq üçün linkə daxil olun:








Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025