İİTKM-in şöbə müdiri V Manas Forumunda məruzə ilə çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Vüsalə Cəfərova V Manas Forumunda “Türk Dünyasında enerji və nəqliyyat logistikasının regional inkişafa təsiri” mövzusunda məruzə ilə çıxış edib.
Ankara Sosial Elmlər Universiteti və Qırğızıstan–Türkiyə Manas Universitetinin birgə təşkilatçılığı ilə Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Administrasiyasının Mavi Salonunda hibrid formatda keçirilən forum Türk dünyasından dövlət rəsmilərini, alimləri, beyin mərkəzləri və mədəniyyət institutlarının nümayəndələrini bir araya gətirib. Açılış mərasimində ŞKTR Prezidenti Tufan Erhürman, TÜRKSOY-un baş katibi Sultan Raev, xarici işlər naziri Tahsin Ertuğruloğlu, nəqliyyat naziri Erhan Arıklı və Türkiyənin Lefkoşadakı səfiri Ali Murat Başçəri iştirak ediblər.
Vüsalə Cəfərova “Türk Dünyasında enerji və nəqliyyat logistikasının regional inkişafa təsiri” mövzusunda onlayn formatda təqdimatında yaşıl enerji dəhlizləri və nəqliyyat infrastrukturunun inteqrasiyasının Türk dövlətlərinin iqtisadi dayanıqlılıq, enerji təhlükəsizliyi və regional əməkdaşlıq potensialını gücləndirdiyini vurğulayıb. O, xüsusilə Orta Dəhliz və Qara dəniz–Xəzər Yaşıl Enerji Dəhlizi təşəbbüslərinin regionun sabit və dayanıqlı inkişafı üçün strateji rol oynadığını qeyd edib.
Bu il ““Regional və qlobal proseslər kontekstində türk dünyası”” mövzusunda keçirilən V Manas Forumunda 8 ölkədən 90-dan çox alim və tədqiqatçı iştirak edib. Forum çərçivəsində tematik sessiyalar, ekspert panelləri və gənc tədqiqatçılar üçün müzakirə platformaları təşkil olunub.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib