İİTKM-in şöbə müdiri “Post-konflikt quruculuğu: potensiallar və perspektivlər” mövzusunda təqdimatla çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommuikasiya Mərkəzinin (İİTKM) Strateji planlama şöbəsinin müdiri Aqil Əsədov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (QMKİDK) Başlıbel faciəsinin 30-cu ildönümünə həsr olunan tədbirdə iştirak edib.
Əvvəlcə, Dövlət Komitəsinin sədri Rövşən Rzayev faciə barədə tarixi faktlardan danışıb. O, otuz ilə yaxın işğal altında olmuş Azərbaycan ərazilərində, o cümlədən Kəlbəcərdə erməni silahlı dəstələrinin dinc azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirməsini, ağır işgəncələrə məruz qoymasını xalqımızın heç vaxt unutmayacağını vurğulayıb. Başlıbellə yanaşı, Ağdaban və Tunel qətliamlarının da bütövlükdə insanlığa qarşı amansız cinayət olduğunu qeyd edib.
Dövlət Komitəsinin sədri görüş iştirakçılarına Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdışa Dair I Dövlət proqramına müvafiq olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi, dayanıqlı məskunlaşmanın təmin edilməsi üçün icra edilən irimiqyaslı layihələr barədə ətraflı məlumat verib.
Tədbirdə İİTKM-in şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov “Post-konflikt quruculuğu: potensiallar və perspektivlər” mövzusunda təqdimatla çıxış edib.
Xatırladaq ki, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zaman Başlıbel kəndində erməni silahlı qüvvələrinin törətdiyi kütləvi qətliam nəticəsində 14 dinc sakin girov götürülüb, 18 nəfər qətlə yetirilib, 1 nəfər itkin düşüb, 8 nəfər yaralanıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib