İİTKM-in şöbə müdiri BVF-nin Almatıda keçirilən beynəlxalq seminarında iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov Beynəlxalq Valyuta Fondunun (BVF) Qazaxıstanın Almatı şəhərində təşkil etdiyi beynəlxalq seminarda iştirak edib.
Seminar dövlət müəssisələrinin korporativ idarəetməsinin gücləndirilməsi və maliyyə nəzarəti mövzusuna həsr olunub. BVF-nin Qafqaz, Mərkəzi Asiya və Monqolustan ölkələri üzrə Regional Potensialın Gücləndirilməsi Mərkəzi (CCAMTAC) tərəfindən müxtəlif ölkələrdən dövlət maliyyəsinin idarə olunması və fiskal risklərin qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən mütəxəssislər tədbirə cəlb edilib.
İştirakçılar dövlət müəssisələrinin maliyyə fəaliyyətinin təhlili, fiskal risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, korporativ idarəetmə, hesabatlılıq, şəffaflıq və maliyyə nəzarətinin beynəlxalq yanaşmaları üzrə bilik və bacarıqlarını artırıblar.
Bununla yanaşı, seminar çərçivəsində dövlət müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi, fiskal risklərin idarə olunması və bu sahədə həyata keçirilən islahatlara dair müxtəlif ölkələrin təcrübələri təhlil edilib, praktiki nümunələr əsasında fikir mübadiləsi aparılıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib