İİTKM-in rəsmisi Ramil Hüseyn Davosun “yaşıl” gündəliyini şərh edib
Davosda keçirilən Dünya İqtisadi Forumunun (DİF) 55-ci iclasının gündəliyində iqlim dəyişikliyi, enerji keçidi və karbon ticarəti əsas müzakirə mövzularındandır. Azərbaycan nümayəndələri də "Liderlər Dairəsi: Enerji Keçidinin Maliyyələşdirilməsi - Yeni Üfüq" sessiyasında ölkəmizin uğurlu enerji transformasiyasından danışıb, enerji keçidinin maliyyələşdirilməsi barədə fikir mübadiləsi ediblər. “Karbon qiymətlərini necə effektiv etmək olar”? mövzusunda keçirilən müzakirələri şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə dövlətlərlə yanaşı, özəl sektorun da rolunun artırılması zəruridir. Davos zirvəsində hökumət və vətəndaş cəmiyyəti nümayəndələrinin, həmçinin qlobal biznesdə əsas paya sahib olan şirkət rəhbərlərinin iştirakı birgə fəaliyyət üçün əlverişli fürsətdir.
Ramil Hüseyn əlavə edib ki, ötən il Bakıda təşkil olunan COP29-un ilk günündə karbon kreditlərinin yaradılması standartları üzrə əldə edilən konsensusun əhəmiyyəti Davosda da vurğulanıb: “Bildiyiniz kimi, hazırda qlobal miqyasda müxtəlif alətlərdən istifadə etməklə istixana qazı emissiyalarının azaldılması təşviq edilir. Bu baxımdan karbon ticarətinin də iqlim dəyişikliyi ilə mübarizəyə xidmət edəcəyi gözlənilir. Hesablamalara görə, bu bazarın uğurla fəaliyyət göstərməsi ildə 5 milyard ton karbon emissiyasının azalmasına töhfə verə bilər. Bu isə iqlim dəyişikliyi ilə mübarizə baxımından çox mühüm göstəricidir”.
R.Hüseyn qeyd edib ki, 2015-ci ildə imzalanan Paris Sazişinin 6-cı maddəsində karbon ticarəti ilə bağlı məsələ əksini tapsa da, ötən müddətdə bu sahədə qeyri-müəyyənliklər mövcud olub: “Bakıda keçilən COP29 isə qlobal karbon krediti bazarının fəaliyyətə başlaması baxımından çox mühüm bir mərhələ kimi tarixə düşdü. Razılaşdırılan qaydalar karbon ticarətində şəffaflığı, etibarlılığı artıracaq, kreditlərin iki dəfə hesaba alınmasının qarşısını alacaq.
Ümumiyyətlə, Bakıda əldə olunan razılığın karbon ticarətində dönüş yaradacağı proqnozlaşdırılır. Gözlənilir ki, növbəti 5 ildə BMT tərəfindən dəstəklənən karbon kreditləri bazarı inkişaf edəcək. Hətta ilkin səslənən ehtimallara görə, 2030-cu ilə kimi bu sahədə 250 milyard ABŞ dollar həcmində gəlir əldə oluna bilər. Ramil Hüseyn əlavə edib ki, Azərbaycanın qlobal istixana qazı emissiyalarında payı cəmi 0,1 faizdir. Karbon ticarətində əsas rolu isə qlobal istixana qazı emissiyalarında mühüm paya sahib olan dövlətlər oynayacaq. Amma bu sahənin inkişafı istiqamətində konsensusun əldə olunmasında Azərbaycanın rolu təqdirəlaydir. Bu, bir daha COP29-un nəticələrinin uğurlu olduğunu göstərir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib