İİTKM-in nümayəndəsi “digital.leadership” proqramı çərçivəsində keçirilən sessiyada çıxış edib
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “digital.leadership” proqramı çərçivəsində Şamaxı şəhərində növbəti tədbir keçirilib. Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzini (İİTKM) İnnovasiya şöbəsinin müdiri Samiq Museyibli və Monitorinq və qiymətləndirmə şöbəsinin Sahəvi proqramların monitorinqi sektorunun müdiri Elşən Yusifli təmsil ediblər.
İki gün davam edən tədbirdə dövlət xidmətlərinin rəqəmsallaşdırılması və yeni xidmət modellərinin təkmilləşdirilməsi, eləcə də rəqəmsal infrastrukturun inkişafında məlumat mübadiləsi və müvafiq hüquqi islahatlar mövzuları üzrə geniş təqdimatlar olub.
“Rəqəmsal idarəetmədə büdcələşmə, indikativ planlaşdırma və əsas fəaliyyət göstəricilərinin formalaşdırılması” mövzusundakı panel sessiyada İİTKM-in sektor müdiri Elşən Yusifli spiker qismində iştirak edib. O, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində indikativ planlama mövzusunda təqdimatla çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2026-cı il tarixli Sərəncamına əsasən, Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir.






Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib