İİTKM-in nümayəndəsi Çində keçirilən beynəlxalq media seminarında iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Zənurə Talıbova Çin Xalq Respublikasının Çzinxua (Sinhua) şəhərində keçirilən beynəlxalq seminarda iştirak edib. Tədbir Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin media nümayəndələri üçün Çin Xalq Respublikasının Ticarət Nazirliyi və Çjeczyan Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb.
İki həftə davam edən seminar çərçivəsində Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən olan nümayəndələr Çin mediasının müasir vəziyyəti, inkişaf trendləri ilə tanış olublar. Sessiyalarda yeni media mühitinin formalaşması, kino və televiziya sənayesində media brendlərinin yaradılması, süni intellektin tətbiqi və rəqəmsal həllər kontekstində media qurumlarının iş prinsipləri kimi mövzularda fikir mübadiləsi aparılıb. Eyni zamanda, yeni media dövründə fərdi davranış modelləri və dövlət imicinin təşəkkülü ilə bağlı tendensiyalar müzakirə olunub.
Səfər proqramı çərçivəsində iştirakçılar Çin Elmi və Texnoloji İnnovasiyalar Mərkəzində olublar və ölkədəki texnoloji inkişaflarla yaxından tanış olublar. Bundan əlavə, iştirakçılar üçün Çinin tarixi və mədəni irsinin təqdim edildiyi müxtəlif tədbirlər və ekskursiyalar da təşkil olunub.
Beynəlxalq seminarda Azərbaycanı Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Əmlak Məsələləri Dövlət Xidməti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətlərini təmsil edən yeddi nəfərlik nümayəndə heyəti təmsil edib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib