İİTKM-in nümayəndəsi Çində aqrar inkişaf və yoxsulluğun azaldılması üzrə beynəlxalq seminarda iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Əməliyyat meneceri Elnur Əliyev Çin Xalq Respublikasının Şaansi əyalətinin Yanqlinq şəhərində keçirilən "Kənd təsərrüfatının inkişafı və yoxsulluğun azaldılması" mövzusunda beynəlxalq seminarda iştirak edib.
Seminar Çin hökumətinin inkişaf etməkdə olan ölkələr üçün həyata keçirdiyi beynəlxalq təlim proqramı çərçivəsində təşkil olunub. Tədbirin məqsədi kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda səmərəliliyin və rəqəmsal texnologiyaların tətbiqinin artırılması, kənd ərazilərinin inkişafı və yoxsulluğun azaldılması sahəsində Çin təcrübəsinin öyrənilməsi, habelə tərəfdaş ölkələr arasında təcrübə mübadiləsinin təşviq edilməsidir.
Proqram çərçivəsində Azərbaycan, Əfqanıstan, Pakistan və Kambocadan olan nümayəndələr aqrar innovasiya ekosistemi, elmi-tədqiqat nəticələrinin istehsala inteqrasiyası, kənd təsərrüfatı məhsullarının emalı və dəyər zəncirinin formalaşdırılması ilə bağlı təqdimatlarla tanış olublar. İştirakçılar, həmçinin Yanqlinq şəhərində yerləşən aqrar və elmi-tədqiqat müəssisələrinə, eləcə də qədim tarixi və müasir inkişaf modeli ilə seçilən Sian şəhərinə səfər ediblər.
Seminarın bağlanış mərasimində Azərbaycan nümayəndə heyəti adından İİTKM-in Əməliyyat meneceri Elnur Əliyev çıxış edib. O, iki ölkə arasında münasibətlərin dinamik inkişafını vurğulayıb və təşkilatçılara minnətdarlığını bildirib.
Qeyd edək ki, beynəlxalq seminarda ölkəmizi İİTKM ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) nümayəndələri təmsil ediblər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib