İİTKM-in monitorinq qrupu “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın monitorinqi çərçivəsində Kəlbəcər və Ağdərə rayonlarında olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının rəhbərliyi ilə qurumun məsul nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərini davam etdirir.
Dövlət Proqramının icrası çərçivəsində Kəlbəcər və Ağdərə rayonlarında həyata keçirilən layihələrə yerində baxış keçirilib. Monitorinq tədbirlərində İİTKM ilə yanaşı, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Neft Şirkəti (SOCAR), “Azərişıq” ASC, Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələri iştirak ediblər.
Nümayəndə heyəti əvvəlcə Ağdərə rayonunun Çıldıran və Heyvalı kəndlərində yaşayış məntəqələrinin təmir-bərpası işləri ilə tanış olub. Daha sonra, Kəlbəcər rayonuna səfər edən heyət Kəlbəcər şəhərində tikintisi sürətlə davam etdirilən müasir təhsil kompleksi layihəsinə, eləcə də şəhər mərkəzində inşası yekunlaşmış və davam etdirilən yaşayış məntəqələrinə baxış keçirib. Bununla yanaşı, monitorinq qrupu rayonun Zar kəndində yeni yaşayış məntəqəsinin tikintisi işlərinin cari vəziyyəti ilə yaxından tanış olub.
Müzakirələrdə layihələrin icra intensivliyinə təsir edən amillər də nəzərdən keçirilib. Bu xüsusda, yüksək dağlıq relyefə malik ərazilərdə bəzi hallarda qeyri-sabit hava şəraitinin tikinti işlərinin gedişatına təsirləri və yarana biləcək ləngimələrin qarşısının alınması məqsədilə layihə idarəedilməsinin optimallaşdırılması, iş qrafiklərinin mövsümi risklərə uyğunlaşdırılması istiqamətində qurumlararası koordinasiyanın gücləndirilməsi barədə müvafiq qeydlər götürülüb və təkliflər səsləndirilib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib