İİTKM-in meneceri Parisdə Azərbaycanın biznes mühitindən danışıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji təhlil və planlaşdırma meneceri Vüsalə Cəfərova İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Parisdə Şərq Tərəfdaşlığı Ölkələrinin iştirakı ilə keçirilən “Avropada Kiçik Biznes Aktının Qiymətləndirmə Hesabatı-2020” regional tədbirində Azərbaycanı təmsil edib.
Vüsalə Cəfərova, tədbirdə “Kiçik Biznes Aktının” 10 prinsipi üzrə keçirilən sessiyalarda Azərbaycanda həyata keçirilən islahatlar, biznes mühitinin əlverişliliyinin artırılması üzrə hədəf indikatorları, strateji prioritetlər və görülən işlərin monitorinqinin nəticələri barədə çıxış edib. O, Azərbaycanın “Doing Business” hesabatında dünyada “ən islahatçı” ölkə statusunu qazanması təcrübəsi və kiçik və orta sahibkarlıq (KOS) siyasəti üzrə ölkədə institusional çərçivə, əməliyyat mühiti və sahibkarlığın inkişafına dövlət dəstəyi, biznesin inkişafı xidmətləri, dövlət-özəl dialoqu və innovasiya siyasəti barədə digər ölkələrlərdən olan nümayəndə heyətlərini məlumatlandırıb.
Tədbir çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa Təlim Fondunun nümayəndələri ilə iki tərəfli görüşlər keçirilib və hesabatın son layihəsinin hazırlanması üzrə ayrı-ayrılıqda işçi müzakirələr aparılıb.
Qeyd edək ki, Avropada Kiçik Biznes Aktının Qiymətləndirmə Hesabatında ölkələrin KOS siyasəti üzrə İndeksi (SME Policy İndex) təqdim olunur və Avropa Komissiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa Təlim Fondunun birgə təşəbbüsü ilə 2006-cı ildən etibarən dörd region üzrə 32 ölkəni əhatə edir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib