İİTKM-in “İslam ölkələrinin iqtisadi potensialı” kitabı nüfuzlu "Emerald" nəşriyyatında çap edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının baş redaktorluğu ilə “The Economic Potential of Islamic Countries” (İslam ölkələrinin iqtisadi potensialı) adlı iki cildlik tədqiqat əsərinin 1-ci cildi Böyük Britaniyanın nüfuzlu “Emerald” nəşriyyatı tərəfindən çap edilib. Nəşr “Scopus” tərəfindən indeksləşdirilib və İslam ölkələrinin iqtisadi və sosial inkişaf potensialının geniş elmi təhlili kimi xüsusi əhəmiyyət kəsb edir.
Kitab 20-dən çox İslam ölkəsindən nüfuzlu beyin mərkəzlərini təmsil edən 47 müəllifin iştirakı ilə yazılıb. Kitabda İCESCO və OIC SESRIC tərəfindən ayrıca fəsillərin təqdim edilməsi İslam dünyasının aparıcı beynəlxalq qurumlarının bu layihəyə elmi töhfəsini təmin edib və nəşri İslam ölkələrinin iqtisadi və sosial inkişaf potensialının ən genişmiqyaslı, institusional əsaslı elmi təhlillərindən birinə çevirib.
Kitab “Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2023-cü il tarixli Sərəncamı və Nazirlər Kabinetinin 19 yanvar 2024-cü il tarixli 33s nömrəli Sərəncamı əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə edilən tapşığırın icrasını təmin etmək üçün hazırlanıb. Bu çərçivədə nəşr ölkəmizin İslam dünyası ilə elmi-intellektual əməkdaşlığının gücləndirilməsi məqsədini daşıyır.
Layihənin koordinatoru İİTKM-in nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri vəzifəsini icra etmiş Vüsalə Cəfərovadır. O, bir il ərzində İslam dünyasının müxtəlif ölkələrindən olan 47 müəllifin fəaliyyətini koordinasiya edib, elmi mətnlərin uyğunlaşdırılmasını təmin edib və “Emerald Publishing” ilə çoxmərhələli redaktə proseslərini idarə edib. Vüsalə Cəfərova həmçinin kitabın 1-ci cildində yer alan “Renewable Energy Investments: Azerbaijan’s Cooperation with the Islamic World” bölməsinin müəllifidir ki, bu da Azərbaycanın bərpa olunan enerji sahəsində İslam ölkələri ilə tərəfdaşlığını elmi əsaslarla təqdim edir.
Kitabin birinci cildində iqtisadi əməkdaşlıq, fiskal siyasət və İslam maliyyəsi kimi mövzular, ikinci cildində isə sosial müdafiə, davamlı inkişaf və sənaye siyasəti kimi sahələr əhatə olunur. Hər iki cild İƏT və D-8 ölkələrinin təcrübələrini müqayisəli şəkildə təqdim etməklə yanaşı, Azərbaycanın regional əməkdaşlıq və enerji diplomatiyasında artan rolunu da önə çıxarır.
Qeyd edək ki, kitabın ikinci cildinin rəsmi nəşri 2026-cı ilin əvvəlində nəzərdə tutulur.
Bu nəşr Azərbaycanın elmi mühitinin yüksələn analitik potensialının göstəricisi olmaqla, ölkəmizin İƏT və D-8 formatlarında liderliyinin və elmi nüfuzunun möhkəmlənməsinə töhfə verəcək.
Kitab “Emerald Publishing” rəsmi platformasında təqdim olunur:
https://www.emerald.com/books/edited-volume/19093/The-Economic-Potential-of-Islamic-Countries-Part








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib