İİTKM-in İslahat İcmalı beyin mərkəzlərinin fəaliyyətinə həsr olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat İcmalı” “Beyin mərkəzləri: Trendlər, çağırışlar və perspektivlər” mövzusuna həsr olunub. İcmalda beyin mərkəzlərinin beynəlxalq təcrübədə, elmin idarə edilməsində, strateji idarəetmədə rolu barədə məlumatlar verilib. Həmçinin kommunikasiya istiqamətləri və təcrübələr yer alıb.
“İslahat İcmalı”nda bildirilib ki, qlobal miqyasda beyin mərkəzlərinin rolu informasiya və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda getdikcə güclənir. Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzlərinin beş əsas istiqamət üzrə apardıqları fəaliyyətlər data əsaslı strateji idarəetmədə önəmli rol oynayır. Bu istiqamətlərə müxtəlif növ sorğuların aparılması və onların analizləri, elektron hökumətin yaratdığı big data (böyük verilənlər) və buna əsaslanan təhlillər, sosial medianın izlənməsi və araşdırmalar, texniki elmi araşdırmalar, eləcə də sosial və iqtisadi islahatların monitorinqi və qiymətləndirilməsi ilə bağlı yaranan dataların təhlili aiddir.
İcmalda qeyd olunub ki, hazırda dünyada 5500-dən artıq beyin mərkəzi fəaliyyət göstərir və bu mərkəzlərin bir çoxu hələ də effektiv kommunikasiyanın qurulması, təsir imkanlarının artırılması və nəticənin əldə edilməsində ölçü meyarları barədə standartlar müəyyən edilməsi üçün araşdırmalar aparırlar.
“İslahat icmalı” ilə aşağıda təqdim olunan link vasitəsi ilə tanış ola bilərsiniz:
https://ereforms.gov.az/files/review/pdf/az/19e6d013326022c96cf198b26cc07251.pdf









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib