İİTKM-in “İqtisadi islahatlar” jurnalının beşinci sayı nəşr olunub
“İqtisadi islahatlar” elmi-analitik jurnalının 2022-ci il üçün sonuncu – beşinci sayı nəşr olunub. Jurnalın bu sayında "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı", "Azərbaycan Respublikasının yaşıl enerji potensialından istifadə məsələləri", "Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq mühiti", "Azərbaycanın qlobal innovasiya indeksində mövqeyi: güclü və zəif tərəflərin təhlili", "Yaşıl iqtisadiyyat sahəsində qabaqcıl tədbirlər və inkişaf siyasətinin sistemli tətbiqi", “Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin cənubi qafqaz subregionunun inkişafına təsiri”, "Müəssisə idarəetməsində intellektual kapitalın önəmi", "Auditorun vəzifə öhdəlikləri və auditor rəyinin əhəmiyyəti", "Korporativ idarəetmə və biznesin idarə edilməsi", “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında post-konflikt quruculuğunun strateji aspektləri” və “Aviasiya trenajor hazırlığı bazarının xüsusiyyətləri” kimi aktual mövzuları əhatə edən elmi-analitik məqalələrə yer verilib.
“İqtisadi islahatlar” elmi-analitik jurnalı 2021-ci ildən nəşr olunur və qısa müddət ərzində öz sahəsində xeyli uğurlar əldə edib. 2023-cü ildən etibarən “İqtisadi islahatlar” elmi-analitik jurnalının Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Azərbaycan Respublikasında elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına (iqtisad elmləri üzrə) daxil edilməsi bunlardan ən mühümüdür. Hazırda jurnalın beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) qoşulması istiqamətində intensiv iş aparılır.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsisçisi olduğu “İqtisadi islahatlar” jurnalına Azərbaycan, ingilis və rus dillərində yazılan məqalələri onlayn qaydada təqdim etmək mümükndür: https://journal.ereforms.org/az/submit-article.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib