İİTKM-in "İqtisadi islahatlar" jurnalı “ZDB” indeksinə daxil edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təsis etdiyi "İqtisadi islahatlar" jurnalı dünyada ən böyük və ən əhatəli elmi məlumat bazalarından biri olan “Zeitschriftendatenbank” (ZDB) tərəfindən indeksləşdirilib. Bu, jurnalın beynəlxalq miqyasda tanınmasını və Azərbaycanın elmi irsinin qlobal inteqrasiyasını təmin edəcək.
“ZDB” Almaniyanın və dünyanın ən geniş elektron kataloqlarından biri kimi 19-cu əsrdən bu günə qədər yayımlanan elmi jurnallar, dövri nəşrlər və digər mənbələri özündə cəmləyir. Avropa, Asiya, Amerika, Afrika və Okeaniya daxil olmaqla geniş coğrafiyanı əhatə edən nəhəng elmi məlumat bazasında 1500-cü ildən bu günə qədərki datalar var.
"İqtisadi islahatlar" jurnalının “ZDB” bazasında indekslənməsi jurnalın yalnız Azərbaycanın deyil, qlobal miqyasda da tanınmasına və nəzərə alınmasına səbəb olacaq. Bu, Azərbaycan elminin beynəlxalq aləmdəki mövqeyini möhkəmləndirəcək və tədqiqatçıların dünya səviyyəsində daha geniş bir auditoriyaya çatmasını təmin edəcək. “ZDB” indeksasiyasının əldə edilməsi "İqtisadi İslahatlar" jurnalının akademik keyfiyyətini və elmi qiymətləndirmə prosesinin müstəqilliyini təsdiqləyir.
Mənbə: https://zdb-katalog.de/title.xhtml?idn=1397245859&view=full









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib