İİTKM-in “İqtisadi İslahatlar” jurnalı Avropanın OpenAIRE elmi infrastrukturunda indeksləşdirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsisçisi olduğu “İqtisadi İslahatlar” elmi jurnalı Avropanın ən böyük Açıq Elm (Open Science) infrastrukturlarından biri olan OpenAIRE platformasında indeksləşdirilib.
OpenAIRE Avropa Komissiyasının dəstəyi ilə formalaşdırılmış və hazırda dünyanın ən böyük açıq elmi ekosistemlərindən biri hesab olunur. Platforma milyonlarla elmi nəşri, tədqiqat məlumatlarını, proqram təminatını, layihələri və elmi təşkilatlar haqqında məlumatları vahid infrastrukturda birləşdirərək tədqiqat nəticələrinin beynəlxalq səviyyədə əlçatanlığını təmin edir.
“İqtisadi İslahatlar” jurnalının OpenAIRE-də indeksləşdirilməsi jurnalın qlobal elmi informasiya sistemlərində daha geniş təmsil olunmasına, müxtəlif ölkələrin alim və tədqiqatçıları tərəfindən daha rahat aşkar edilməsinə, eləcə də elmi əməkdaşlıq və istinad imkanlarının genişlənməsinə töhfə verəcək.
Jurnalın OpenAIRE platformasındakı səhifəsi ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
https://explore.openaire.eu/search/find?fv0=Iqtisadi%20Islahatlar&f0=q








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib