İİTKM-in icraçı direktorunun müşaviri Bağış Əhmədovun monoqrafiyası çap edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müşaviri, iqtisad elmləri doktoru Bağış Əhmədovun “Milli iqtisadiyyatda investisiya resurslarının formalaşması və istifadəsi problemləri” adlı monoqrafiyası çap edilib. Kitabda milli iqtisadiyyatda investisiya resurslarının formalaşması, xüsusilə milli qənaətin yaranması və xarici investisiyanın cəlb edilməsi, neft və qaz gəlirlərinin istehlak və qənaət arasında bölgüsü, mövcud investisiya resurslarından istifadə məsələləri araşdırılıb.
Altı bölmədən ibarət əsərdə yığım davranışlarının iqtisadi sistemə təsiri, xarici sərmayələrin daxili bazarda rolu, investisiya qərarlarının formalaşma mexanizmləri və biznes mühitinin inkişaf amilləri təhlil edilir. Eyni zamanda iqtisadi artım ilə kapital qoyuluşları arasındakı qarşılıqlı əlaqələr izah olunur.
Tədqiqatın mühüm hissəsi Azərbaycan iqtisadiyyatının xüsusiyyətlərinə həsr olunub. Burada enerji sektorunun strateji rolu, neft-qaz gəlirlərinin bölgüsü, qeyri-dövlət sektorunda qənaət meyilləri və investisiya təminatı səviyyəsi ətraflı şərh edilir. Eyni zamanda ölkədə mövcud iqtisadi fəallıq, dövlət dəstək mexanizmləri, vergi siyasəti və makroiqtisadi tarazlığa təsir edən amillər elmi əsaslarla qiymətləndirilir.
Yekun hissədə gələcək inkişaf istiqamətləri, institusional dəyişikliklərin əhəmiyyəti, dövlət tənzimləmə alətlərinin rolu və iqtisadi sistemdə dayanıqlı artımın təmin edilməsi yolları üzrə konseptual yanaşmalar irəli sürülür.
Kitabdan dövlətin investisiya siyasətinin formalaşmasında, investisiya məsələləri ilə bağlı elmi-tədqiqat işlərində və universitetlərin müvafiq kafedralarının tədris prosesində istifadə edilə bilər.
Kitabı oxumaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz: Milli iqtisadiyyatda investisiya resurslarının formalaşması və istifadəsi problemləri









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib