İİTKM-in icraçı direktorunun müavininin Çində iştirak etdiyi seminar başa çatıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseynin iştirak etdiyi Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilmiş “Azərbaycan üçün yaşıl iqtisadiyyat və ətraf mühitin mühafizəsi” adlı seminar yekunlaşıb.
Seminarda Çinin tanınmış professorları və aidiyyəti qurumlarının rəsmiləri bu ölkənin yaşıl iqtisadiyyat və ətraf mühitin mühafizəsi sahəsində gördüyü işlər barədə məlumat veriblər. Çinli professorlar ölkələrində həyata keçirilən islahatlar və iqtisadi inkişaf, Çinin yaşıl iqtisadiyyata keçid strategiyası, yaşıl enerji istehsalının mövcud vəziyyəti və bu sahədə əldə edilən nailiyyətlər, Çinin eko-sivilizasiya siyasəti, ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər, eyni zamanda Çin-Azərbaycan iqtisadi əlaqələrinin inkişaf imkanları, yaşıl iqtisadiyyat və rəqəmsallaşma mövzularında mühazirələr oxuyublar.
İnteraktiv müzakirə zamanı Azərbaycan nümayəndə heyəti də ölkəmizdə yaşıl iqtisadiyyat və ətraf mühitin mühafizəsi sahəsində görülən işlər, işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonası barədə məlumat veriblər. Həmçinin qeyd olunan mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Seminarın nəzəri hissəsi başa çatdıqdan sonra iştirakçılar Çinin bu sahədəki təcrübəsini yerində öyrənmək məqsədilə Nanjinq və Şanxay şəhərləri də daxil olmaqla, bu ölkənin ayrı-ayrı bölgələrinə səfər ediblər. Səfər zamanı ekoloji təmiz məhsul istehsal edən müəssisələrdə görüşlər keçirilib. Çinli müəssisə sahibləri Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlı olduqlarını və ölkəmizdə ekoloji təmiz məhsul istehsal edən müəssisələrin yaradılması üçün investisiya qoymağa hazır olduqların bildiriblər.
Qeyd edək ki, Çinin Kommersiya Nazirliyinin Beynəlxalq Biznes Rəsmiləri Akademiyasının (Academy for International Business Officials - AIBO) təşkil etdiyi seminara İİTKM ilə yanaşı, Azərbaycanın İqtisadiyyat, Energetika, Kənd Təsərrüfatı, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin ümumilikdə 20 nəfər əməkdaşı qatılıb. Azərbaycandan olan iştirakçıların hər biri sertifikatla təmin olunub.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib