İİTKM-in icraçı direktorunun müavini Şuşada Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumunda çıxış edib
Şuşa şəhərində Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu keçirilir. Forumun üçüncü sessiyasında Azərbaycan–Türkiyə münasibətlərində nəqliyyat-kommunikasiya və enerji tərəfdaşlığının rolu müzakirə edilib. Paneldə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn “Azərbaycan–Türkiyə Enerji Əməkdaşlığı: Neft-Qaz və Yaşıl Keçid Perspektivəri” mövzusunda danışıb.
Paneldə həmçinin Türkiyə Araşdırma Fondunun vitse-prezidenti Enes Bayraklı, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Xəzər Universiteti Tarix və Arxeologiya Departamentinin müdiri Telman Nüsrətoğlu iştirak ediblər.
Sessiya çərçivəsində Zəngəzur dəhlizi, Transxəzər marşrutu və enerji kommunikasiyalarında qarşılıqlı əlaqələr dəyərləndirilir. Həmçinin regional nəqliyyat dəhlizləri, enerji əməkdaşlığının strateji prioritetləri və qlobal enerji təhlükəsizliyinə iki ölkənin töhfəsi müzakirə edilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib