İİTKM-in icraçı direktoru Vüsal Qasımlı “FİNTEX SAMMİT 2023”də çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının “FİNTEX SAMMİT 2023” (MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ) “Bank və maliyyə ekosistemində yeni trendlər: innovativ həllər, fintex və təhlükəsizlik” adlı Sammitdə çıxışının əsas TEZİSLƏRİ:
Beynəlxalq Valyuta Fondunun hazırladığı sənəddə idarəetmə, tənzimləmə və bazarın liberallaşdırılması daxil olmaqla, struktur islahatlarının ortamüddətli perspektivdə Qafqaz və Mərkəzi Asiya regionunda iqtisadi artımı 5-7 faiz sürətləndirə biləcəyi göstərilir. Bu mənada maliyyə texnologiyalarının və bu sahədə idarəetmənin təkmilləşdirilməsi zəruri addımdır. Rəqəmsal ödənişlərin qlobal əməliyyat dəyərinin 2023-cü ilin sonuna qədər 6,7 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Azərbaycanın 2023-cü ildə rəqəmsal ödənişlərin xüsusi çəkisi 51 faizə çatıb.
Azərbaycan dövləti 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsində həm də milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi üçün siyasət həyata keçirir.
Qəbul edilmiş strategiyaya əsasən kapital bazarının inkişaf mühitində əhəmiyyətli dəyişikliklər baş verəcək, real sektorun və sahibkarlığın maliyyə xidmətlərinə və resurslarına çıxış imkanlarının genişləndirilməsi mexanizmləri gücləndiriləcəkdir.
Rəqabətli, innovativ və əlçatan ödəniş mühitinin əhatəliliyi, habelə ölkə üzrə nağdsız ödəniş alətlərindən tam istifadə imkanları genişləndiriləcəkdir. Bu əsasda maliyyə dərinliyini ifadə edən göstəricilər davamlı yaxşılaşacaq, iqtisadi subyektlərin milli ödəniş sistemində aparılan əməliyyatlarının həcmi 2026-cı ildə 25 faiz artacaq, o cümlədən ödəniş kartları ilə aparılan əməliyyatlarda nağdsız əməliyyatların payı 55 faizə çatacaqdır.
Azərbaycanda maliyyə texnologiyalarının inkişafı üçün süni intellekt, maşın öyrənməsi, robo-məsləhətçi, açıq bankçılıq, biometrik tanınma, əşyaların interneti ödənişləri, şəxsi maliyyə idarəetməsi kimi qlobal trendlərə uyğun siyasət həyata keçirilməlidir.









Ekspert yazıları
İsmət Mehrəliyeva
Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri
Azərbaycan rəqəmsal xidmətlərdə ABŞ, Böyük Britaniya və Kanadanı geridə qoydu – tarixi nəticə
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır