İİTKM-in "Enterprise Azerbaijan" portalı ilə Qazaxıstanın innovasiya və sahibkarlıq ekosistemi arasında əməkdaşlıq qurulur
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) innovasiya, sahibkarlıq və investisiya təşviqi istiqamətləri üzrə fəaliyyəti Qazaxıstanda təqdim edilib.
İİTKM-in "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov Qazaxıstanın "KIT" Beynəlxalq Sahibkarlar Birliyi, “ATAMEKEN” Milli Sahibkarlar Palatası və “Astana Hub” daxil olmaqla bir sıra qurumlarda işgüzar görüşlər keçirib.
Görüşlərdə "Enterprise Azerbaijan" portalının fəaliyyəti, həyata keçirilən "Startup School" proqramlarının qlobal innovasiya və sahibkarlıq ekosistemləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycanın investisiya cəlbediciliyinin təşviqi və Türk Dünyasında biznes əlaqələrinin gücləndirilməsi istiqamətində əhəmiyyəti vurğulanıb.
“KIT” Beynəlxalq Sahibkarlar Birliyinin rəhbəri, tanınmış iş adamı Dauren Bimov ilə keçirilən görüşdə Azərbaycan və Qazaxıstan arasında biznes və startap ekosistemləri üzrə əməkdaşlığın genişləndirilməsi, sahibkarlığın dəstəklənməsi üçün institusional mexanizmlərin təkmilləşdirilməsi müzakirə olunub. Dauren Bimov "Enterprise Azerbaijan" portalının tərəfdaşlığı ilə 2026-cı ilin 30-31 oktyabr tarixlərində Bakıda keçiriləcək "TEI Forum 2026” (Trade, Export and Innovation Forum) tədbirində spiker kimi iştirak edəcək. Bu forumda “Startup School 4: Beş qitə – 500 Startap” qlobal innovasiya proqramının "Demo Day" tədbiri təşkil olunacaq.
Səfər çərçivəsində Qazaxıstanın ən böyük biznes təşkilatlarından olan "ATAMEKEN" Milli Sahibkarlar Palatasının direktoru Alin Kanat Toleybekoviç ilə də görüş keçirilib. Görüşdə sahibkarlığın inkişafı, biznes mühitinin dəstəklənməsi, Türk Dünyasının iqtisadi potensialının daha səmərəli dəyərləndirilməsi və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Müzakirələrdə Astanada fəaliyyət göstərən Türk İş Adamları Assosiasiyasının direktoru Gülnura Serikovna Şeripova da iştirak edib. Tərəflər biznes əlaqələrinin inkişaf etdirilməsi imkanlarını dəyərləndiriblər.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib