İİTKM-in əməkdaşları Şanxay Əməkdaşlıq Təşkilatının “Rəqəmsal İqtisadiyyat Forumu”nda iştirak ediblər
Çinin Tyantszin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) “Rəqəmsal İqtisadiyyat Sənayesi Forumu” başlayıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağının rəhbəri vəzifəsini icra edən Aygün Əhmədova və əməliyyat meneceri Elnur Əliyev forumda iştirak edirlər.
Builki forum “Rəqəmsal iqtisadiyyatın yeni körpüləri – əməkdaşlıq üçün yeni imkanların birgə genişləndirilməsi” mövzusu altında təşkil olunub. Tədbirin əsas məqsədi ŞƏT-ə üzv ölkələr arasında məlumatların dövriyyəsi və ticarəti, sənayenin rəqəmsal transformasiyası, rəqəmsal infrastrukturun qurulması, süni intellektin tətbiqi, ağıllı şəhərlərin inkişafı və rəqəmsal kadr hazırlığı sahələrində əməkdaşlığı gücləndirməkdir.
Forumda ŞƏT ölkələrinin dövlət qurumları, özəl sektor nümayəndələri, ali təhsil müəssisələri və beyin mərkəzlərini təmsil edən 600-dən artıq iştirakçı bir araya gəlib. Onlar sənayenin rəqəmsal transformasiyası, təhsil və şəhərsalma sahələrində gələcək əməkdaşlıq mövzuları ətrafında fikir mübadiləsi aparıblar. Panellərdə rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq üzrə nümunəvi layihələr təqdim olunub, həmçinin bir sıra əməkdaşlıq sazişləri imzalanıb.









Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar