İİTKM-in əməkdaşı V4 ölkələri üçün Orta dəhlizlə bağlı təkliflər hazırlayıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Ayhan Satıcı “Think Visegrad—V4” beyin mərkəzləri platformasının və Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun (HİİA) təşkilatçılığı ilə həyata keçirilmiş iqtisadiyyatın müxtəlif sahələri üzrə araşdırmaların aparılmasına dair əməkdaşlıq proqramını uğurla başa çatdırıb. Cari ilin 6 noyabr-3 dekabr tarixlərini əhatə edən əməkdaşlıq proqramı Macarıstanın Budapeşt şəhərində HİİA-nın mərkəzi ofisində baş tutub.
Əməkdaşlıq proqramı çərçivəsində TDAM-ın rəhbəri A.Satıcı “Orta dəhlizin Vişeqrad Qrupu (V4) ölkələrinə təsirinin araşdırılması: imkanlar, çağırışlar və siyasi-iqtisadi nəticələr” mövzusunda sahəvi tədqiqat aparıb və V4 ölkələrinin (Çexiya, Macarıstan, Polşa, Slovakiya) tədqiqatçılarına və diplomatik korpus nümayəndələrinə əldə olunmuş nəticələri təqdim edib.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi də tanınan Orta dəhliz Avropa ilə Asiyanı birləşdirir. Polşa, Macarıstan, Çexiya və Slovakiyanı özündə birləşdirən Vişeqrad Qrupu ticarət və iqtisadi artım baxımından dinamik region kimi formalaşıb. Bu ölkələr strateji coğrafi mövqeləri sayəsində Orta dəhlizin potensialından, yəni inkişaf etmiş əlaqələrdən və artan ticarətin şaxələndirilməsindən faydalanma imkanına malikdirlər. Bu araşdırmada ticarətin genişləndirilməsi, investisiyaların cəlb edilməsi və regional inteqrasiya baxımından Orta dəhlizin V4 ölkələri üçün təqdim etdiyi imkanlar Qraflar nəzəriyyəsinə əsaslanaraq şəbəkə analizi tətbiq edilərək aşkara çıxarılıb.
Həmçinin, Orta dəhlizin keçdiyi coğrafiyada yerləşən ölkələr Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində də əməkdaşlıq içindədirlər. V4 ölkələrindən olan Macarıstanın TDT-də müşahidəçi statusunda olması Orta dəhlizin potensialından birgə və səmərəli istifadəyə daha böyük imkanlar yaradır.
Ümumilikdə, bu tədqiqatın nəticələri V4 ölkələri və Orta dəhlizin inkişafında maraqlı olan digər tərəflər üçün mühüm iqtisadi-siyasi qərarların alınmasında akademik baza rolunu oynaya bilər. Tədqiqat qərar qəbul edənlər üçün Orta dəhlizin təklif etdiyi imkanlardan səmərəli istifadəni, mümkün çağırışlara hazırlıqlı olmağı və daha geniş regional əməkdaşlığı təşviq etmək barədə sübuta əsaslanan tövsiyələr verir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib