İİTKM-in əməkdaşı Qahirədə qadın hüquqlarına həsr olunmuş beynəlxalq konfransda iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Simrah İsmayılova Qahirə şəhərində “Dini və media diskursundan faydalanma, onun İƏT dövlətlərində qadınların hüquqlarının qorunması və təşviqinə təsiri” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Konfrans Misir Prezidenti Əbdülfəttah əs-Sisinin himayəsi altında, əl-Əzhər əl-Şərif və Misirin Qadınlar üzrə Milli Şurası tərəfindən təşkil olunub. Misirin Baş naziri Mustafa Mədbuli, əl-Əzhərin şeyxi, böyük imam Əhməd əl-Tayyib, İƏT-ə üzv dövlətlərin nazirləri, səfirlər, din xadimlərinin və digər nümayəndə heyətlərinin qatıldıqları tədbirdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
İki gün davam edən tədbirdə qadınların dini və ideoloji ekstremizmlə mübarizədə, eləcə də sülh və təhlükəsizlikdə rolu, qadınlarla bağlı ictimai şüurun formalaşmasında media, mədəniyyət və incəsənətin əhəmiyyəti, qadın və qızların iqtisadi hüquqları, ÜDM-ə töhfəsi və kiber zorakılıqdan qorunması mövzuları müzakirə olunub.
Konfrans çərçivəsində təşkil olunan “Qadınların müsbət rolları barədə ictimai şüurun formalaşmasında media, mədəniyyət və incəsənətin rolu” adlı sessiyada Azərbaycan təcrübəsi təqdim edilib.
Sessiyada vurğulanıb ki, Şərqdə ilk dünyəvi qızlar məktəbinin Azərbaycanda açılması qadınların ictimai rolunun legitimləşdirilməsində mühüm mərhələ olub və bu maarifçi ənənə bu gün də davam etdirilir. Qadın liderlərin, o cümlədən Birinci vitse-prezident Mehriban Əliyevanın və Milli Məclisin sədri Sahibə Qafarovanın fəaliyyəti gənc nəsil üçün real rol modelləri yaradır. Eyni zamanda qadın sahibkarlığı, məşğulluq və sosial layihələr qadınların iqtisadi müstəqilliyini gücləndirir. Beynəlxalq müstəvidə isə qadınların diplomatiyada, humanitar təşəbbüslərdə və “Qadınlar, Sülh və Təhlükəsizlik” gündəliyində fəal iştirakı Azərbaycanın müasir və inklüziv imicinin möhkəmlənməsinə töhfə verir. Bu ardıcıl və sistemli model İƏT məkanında digər ölkələr üçün də uyğunlaşdırıla bilən praktik nümunə kimi dəyərləndirilə bilər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib