İİTKM-in əməkdaşı Çində yaşıl maliyyə üzrə beynəlxalq seminarda iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov Çində keçirilən “Bir kəmər – Bir yol Təşəbbüsünün tərəfdaş ölkələri üçün yaşıl maliyyə üzrə beynəlxalq seminar”da iştirak edib.
Təlim proqramı maliyyə idarəçiliyi üzrə peşəkar bacarıqların artırılması, Çinin yaşıl maliyyə sahəsindəki təcrübəsinin öyrənilməsi, Çinin yaşıl vergi sistemi, yaşıl monetar siyasət, yaşıl fintek və digər müvafiq mövzuları əhatə edib. Proqram çərçivəsində təqdimatlar, praktiki sessiyalar və sahəvi səfərlər təşkil olunub.
Seminar çərçivəsində Çinin yaşıl maliyyə və yaşıl inkişaf ilə bağlı təcrübəsinin öyrənilməsi məqsədilə Fujian vilayətində yerləşən Xiamen, Zhejiang vilayətində yerləşən Huzhou və Putian şəhərlərinə səfərlər təşkil olunub.
Beynəlxalq seminarda ölkəmizi İİTKM-lə yanaşı, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri təmsil ediblər.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu