İİTKM-in əməkdaşı Çində süni intellekt üzrə beynəlxalq seminarda iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Rəqəmsal Ticarət Qovşağının rəhbəri vəzifəsini icra edən Aygün Əhmədova Çində keçirilən “Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələr üçün süni intellektin inkişafı üzrə beynəlxalq seminar”da iştirak edib.
İki həftə davam edən təlim proqramı süni intellektin (Sİ) tarixi inkişafı, beynəlxalq trendlər, Çində Sİ texnologiyalarının tətbiqi, bu sahədə dövlət siyasətinin prioritetləri və texnologiyaların sənaye proseslərinə inteqrasiyası ilə bağlı təqdimatlar, praktiki sessiyalar və sahəvi ziyarətlərdən ibarət olub.
Təlim çərçivəsində Aygün Əhmədova Çinin “Silikon Vadisi” kimi tanınan yüksək texnologiya zonasında – “Zhongguancun Rəqəmsal və Süni İntellekt Sənaye Alyansı”nın ərazisində “Fuyao” İnnovasiya Mərkəzi, “Huawei”, “Lenovo” və “Baidu” kimi aparıcı texnologiya şirkətlərinin fəaliyyəti ilə tanış olub. Eyni zamanda, Çin Elmlər Akademiyasının Fizika İnstitutunda elmi-tədqiqat proseslərinin təşkili, yüksək enerjili sinxron radiasiya mənbəyi, ekstremal şəraitlər laboratoriyası və çoxmodallı biotibbi görüntüləmə kimi irimiqyaslı elmi qurğular barədə əyani məlumat verilib.
Təlimin mühüm hissəsi olan sahəvi səfərlər çərçivəsində Pekin Universiteti və Tsinghua Universiteti kimi aparıcı elmi-təhsil müəssisələrinin süni intellekt və yüksək texnologiyalar sahəsində həyata keçirdiyi tədqiqatlar, bilik transferi mexanizmləri və sənaye əməkdaşlığı nümunələri də təqdim edilib. Bununla yanaşı, “Pekin Ağıllı Şəhər Səhiyyə Xidmətləri Mərkəzi”nin təqdim etdiyi xroniki xəstəliklərin erkən aşkarlanması modelləri, ailə səviyyəsində sağlamlığın idarə olunması və uzaqdan diaqnostika üzrə süni intellekt həlləri kimi praktiki nümunələrlə tanışlıq olub.
Sessiyalar çərçivəsində Aygün Əhmədova Azərbaycanın rəqəmsal mənzərəsi, son onillikdə qəbul edilən normativ-hüquqi sənədlər, layihələr və ölkənin süni intellekt üzrə yaxın dövr üçün əsas hədəflərini ehtiva edən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” barədə təqdimatla çıxış edib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib