İİTKM-in əməkdaşı Çində elektron hökumət və rəqəmsal ictimai xidmətlər üzrə beynəlxalq seminarda iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi Rəşad Nəcəfli Çində keçirilən “Bir Kəmər, Bir Yol ölkələri üçün elektron hökumət və rəqəmsal ictimai xidmətlərin idarəetmə bacarıqlarının gücləndirilməsi üzrə beynəlxalq seminar”da iştirak edib.
Təlim proqramı elektron hökumət və rəqəmsal ictimai xidmətlərin idarə edilməsinin tarixi inkişafı, beynəlxalq tendensiyalar, Çində elektron hökumət texnologiyalarının tətbiqi, dövlət siyasətinin prioritet istiqamətləri və müasir texnologiyaların sənaye proseslərinə inteqrasiyası mövzularını əhatə edib. Proqram çərçivəsində təqdimatlar, praktiki sessiyalar və sahəvi səfərlər təşkil olunub.
Rəşad Nəcəfli Pekində yerləşən “Zhongdian Jintou Holdings” və Nuoyaxin Kosmik Rabitə Texnologiyaları Mərkəzində rəqəmsal hökumət strategiyaları ilə tanış olub. Bundan əlavə, Şandonq vilayətində yerləşən Lyanzao İdarəetmə Platformasına və Lunan Böyük Data Mərkəzinə, Tengjou şəhərindəki Böyük Data Mərkəzi və Ağıllı İcma layihəsinə, habelə həmin şəhərdə fəaliyyət göstərən Kiçik və Orta Həcmli Dəzgahqayırma Müəssisələrinə və Henan vilayətindəki Sarı Çay Mühəndislik Məsləhətçilik MMC-yə səfərlər təşkil edilib.
Beynəlxalq seminarda ölkəmizi İİTKM-lə yanaşı, Dövlət Gömrük Komitəsi, “Azərbaycan Dəmir Yolları” QSC, ASAN Xidmət, Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Turizm Agentliyinin nümayəndələri təmsil ediblər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib