İİTKM-in əməkdaşı Ankarada “Türk İqtisadiyyatları – 2023” hesabatının təqdimatında çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Ayhan Satıcı Türkiyənin paytaxtı Ankara şəhərində Türk Akademiyası və Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi tərəfindən təşkil edilən “Türk iqtisadiyyatlarında rəqəmsal ticarət və investisiya potensialının artırılması” adlı seminarda iştirak edib. Seminar Rəsmi İqtisadi Siyasət Araşdırma Mərkəzləri Şəbəkəsinin (ERCNET) iştirakçı qurumlarının birgə hazırladığı “Türk İqtisadiyyatları - 2023: Rəqəmsal Ticarət və İnvestisiya” adlı hesabatın təqdimatına həsr olunub.
Qeyd edək ki, hesabatın “İqtisadi inkişaf, ticarət və investisiya” və “Ticarətin və investisiyanın rəqəmsallaşdırılmasında qlobal meyllər” adlı fəsillərinin yazılmasında müvafiq olaraq TDAM-ın rəhbəri Ayhan Satıcı və Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri İsmət Mehrəliyeva da iştirak ediblər. Həmçinin, tədbir çərçivəsində A.Satıcı panel müzakirəyə qatılıb, türk dünyasında investisiyaların təşviqi agentlikləri ilə keçirilən sorğuların nəticələrini qonaqların və iştirakçıların diqqətinə çatdırıb.
Seminar Türk Akademiyasının prezidenti Prof.Dr. Şahin Mustafayev, Türkiyə Respublikasının ticarət nazirinin müavini Mustafa Tuzcu və TDT-nin Baş katibi Kubanıçbek Omurəliyevin çıxışları ilə başlayıb.
Tədbirdə türk iqtisadiyyatlarının rəqəmsal ticarət və investisiya mənzərəsindəki çağırış və imkanları müzakirə etmək üçün ERCNET-in iştirakçı qurumları, tanınmış ekspertlər, siyasətçilər və müxtəlif sektorlardan olan nümayəndələr, o cümlədən hökumət rəsmiləri, akademiklər və biznes sektorunun qabaqcıl şəxsləri iştirak ediblər.
Qeyd edək ki, İİTKM ERCNET şəbəkəsinin təsisçilərindən biridir.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib