
İİTKM-in əməkdaşı “2023 Berlin Enerji Həftəsində” Azərbaycanı təmsil edir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi Vüsalə Cəfərova “2023 Berlin Enerji Həftəsində” iştirak edib. Konfrans 60-dan çox ölkədən dövlət nazirlərinin və yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə keçirilir. Onlayn konfransda 2000-dən çox iştirakçı və 200-dən çox jurnalist 130-a yaxın ölkəni təmsil edib.
Qlobal enerji keçidi üçün beynəlxalq müqavilələr, innovasiyalar və ən yaxşı təcrübələr əsas müzakirə mövzuları olub. Həftənin əsas diqqəti olan “Berlin Enerji Keçid Dialoqu” (BETD ) sessiyasında Almaniyanın Federal Xarici İşlər Naziri Annalena Baerbokun açılış nitqi ilə çıxış edib. “Energiewende – Yaşıl Gələcəyin Təminatı” adlı konfransda dünyanın bütün regionlarından çoxsaylı nazirlər iştirak edib.
Konfrans ümumi və qlobal problemlərinin həlli yollarını müzakirə etmək üçün dünyanın ən nüfuzlu icraçı direktorlarını, siyasi qərar qəbul edənləri və onlarla hökumətin yüksək səviyyəli nümayəndələrini bir araya gətirib. Davamlı enerji sistemlərinə sərmayə qoymağın və iqlim neytrallığına gedən yolda daha konkret qlobal planlar müzakirə olunub.
2015-ci ildə qurulduğu gündən Berlin Enerji Keçid Dialoqu (BETD) qlobal enerji keçidi ilə bağlı dünyanın ən mühüm forumlarından biri hesab olunur. Berlin Enerji Keçid Dialoqunu Almaniya Federal Xarici İşlər Nazirliyi və İqtisadiyyat və İqlim Fəaliyyəti üzrə Federal Nazirlik təşkil edir. Enerji keçidi üzrə ekspert kimi Deutsche Energie-Agentur (Almaniya Enerji Agentliyi) Berlin Enerji Həftəsinin təşkilində Almaniya federal hökumətinə dəstək verir.


Ekspert yazıları
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycan-Almaniya strateji tərəfdaşlığında yeni perspektivlər: Yaşıl gələcəyə doğru
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Süni intellektə strateji baxış ölkənin rəqəmsal gələcəyinin möhkəmlənməsində mühüm rol oynayacaq
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Sosial sahibkarlıq iqtisadiyyatın dayanıqlılığı üçün mühüm vasitədir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
İğdır-Naxçıvan qaz kəməri: sosial-iqtisadi, siyasi və strateji əhəmiyyəti
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafı ixrac bazarlarına müsbət təsir göstərəcək
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi
Davos 2025: “İntellektual əsrdə sənayelər”
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Davos 2025 “İnsanlara investisiya”