İİTKM-in departament rəhbəri T20 ölkələrinin sammitində iştirak edib
İqtisadi İslahatların Təhlili və Komminikasiya Mərkəzinin Layihələrin idarəedilməsi departamentinin rəhbəri Vüsalə Cəfərova İndoneziyanın Bali şəhərində “Think20” (T20) ölkələrinin “Qlobal dinamikada G20-nin rolunun gücləndirilməsi” mövzusundakı sammitində iştirak edib.
Sammitin gündəliyində qlobal səhiyyə arxitekturası, rəqəmsal transformasiya və yaşıl enerjiyə keçid olmaqla üç əsas mövzu müzakirəyə çıxarılıb. İİTKM-in departament rəhbəri Vüsalə Cəfərova bildirir ki, onlayn formatda qatıldığı sammit dörd plenar və 16-dan artıq sessiya ilə bir neçə gün davam edib. Sammit regionda aktual problemləri qabardaraq daha firavan, davamlı və inklüziv dünya qurmaq üçün uğur qazanan ölkələrin irəliləyişi və fikir mübadiləsi üçün interaktiv platforma rolunu oynayıb.
Qeyd edək ki, “Think20” (T20) dünyanın aparıcı beyin və tədqiqat mərkəzlərini bir araya gətirən G20-nin rəsmi qurumudur. G20 “ideya bankı” kimi fəaliyyət göstərir və G20 liderlərinə tədqiqata əsaslanan siyasət tövsiyələri təqdim etmək məqsədi daşıyır. İndoneziyada bu il təşkil olunan T20 sammiti qlobal koordinasiyalı fəaliyyəti tələb edən qeyri-bərabər iqtisadi bərpanın, bərabərsizliyin artmasının və qlobal münaqişələrin kontekstində daha böyük əhəmiyyət kəsb edib.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib