İİTKM-in departament rəhbəri “Milli Qiymətləndirmə Potensialları” konfransında iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Layihələr departamentinin rəhbəri Vüsalə Cəfərova Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) və Qlobal Qiymətləndirmə Təşəbbüsünün təşkilatçılığı ilə İtaliyanın Turin şəhərində keçirilən qlobal “Milli Qiymətləndirmə Potensialları” konfransında (NEC 2022) iştirak edib.
Davamlı inkişaf üçün dayanıqlı “Milli Qiymətləndirmə Sistemləri” mövzusu ilə keçirilən konfransın məqsədi faktlara əsaslanan qiymətləndirməni dəstəkləmək, davamlı və effektiv monitorinq və qiymətləndirmə sistemlərinin yaradılması sahəsində bilik və təcrübə mübadiləsini həyata keçirmək olub. Tədbir 3 sessiya üzrə keçirilib: milli qiymətləndirmə sistemləri, insanlar, proseslər və sistemlər, davamlı inkişaf və yeni dünya üçün metodoloji yeniliklər.
“Milli Qiymətləndirmə Bacarıqları” konfransı seriyası hər iki ildən bir BMTİP-in dəstəyi ilə keçirilir və dünyanın 200-dən artıq ölkəsindən qiymətləndirməni birbaşa həyata keçirən milli qurumlardan olan hökumət rəsmiləri, vətəndaş cəmiyyəti təşkilatları, qiymətləndirmə assosiasiyaları və qlobal qiymətləndirmə qurumları arasında təcrübə mübadiləsi və öyrənmə platforması kimi nəzərdə tutulub









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf