31 oktyabr 2022, 10:01

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Layihələr departamentinin rəhbəri Vüsalə Cəfərova Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) və Qlobal Qiymətləndirmə Təşəbbüsünün təşkilatçılığı ilə   İtaliyanın Turin şəhərində keçirilən qlobal “Milli Qiymətləndirmə Potensialları” konfransında (NEC 2022) iştirak edib.

 Davamlı inkişaf üçün dayanıqlı “Milli Qiymətləndirmə Sistemləri” mövzusu ilə keçirilən konfransın məqsədi faktlara əsaslanan qiymətləndirməni dəstəkləmək, davamlı və effektiv monitorinq və qiymətləndirmə sistemlərinin yaradılması sahəsində bilik və təcrübə mübadiləsini həyata keçirmək olub. Tədbir 3 sessiya üzrə keçirilib: milli qiymətləndirmə sistemləri, insanlar, proseslər və sistemlər, davamlı inkişaf və yeni dünya üçün metodoloji yeniliklər.

“Milli Qiymətləndirmə Bacarıqları” konfransı seriyası hər iki ildən bir BMTİP-in dəstəyi ilə keçirilir və dünyanın 200-dən artıq ölkəsindən qiymətləndirməni birbaşa həyata keçirən milli qurumlardan olan hökumət rəsmiləri, vətəndaş cəmiyyəti təşkilatları, qiymətləndirmə assosiasiyaları və qlobal qiymətləndirmə qurumları arasında təcrübə mübadiləsi və öyrənmə platforması kimi nəzərdə tutulub


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az