İİTKM-in departament rəhbəri Bişkekdə Azərbaycanı təmsil edir
Qırğızıstanın Bişkek şəhərində Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq İnstitutunun təşkilatçılığı ilə 3-cü Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq (CAREC) Beyin Mərkəzlərinin Forumu keçirilir. Forumda Azərbaycanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ayaz Çaparlı təmsil edir. Forum “İpək Yolu boyu bilik dəhlizlərinin yaradılması” mövzusu çərçivəsində təşkil olunub.
Forumda əsasən regional ticarət, turizm, əmək mübadiləsi kimi sahələr üzrə əməkdaşlıq, bilik dəhlizlərinin qurulması ilə bağlı geniş fikir mübadiləsi aparılır.
“İpək Yolu boyunca Bilik Dəhlizinin Yaradılması” adlı forumda Böyük Britaniya, Yaponiya, Çin, Türkiyə, Gürcüstan kimi ondan artıq ölkənin nümayəndələri iştirak edir.
İİTKM-in İqtisadi təhlil və analitik informasiya departamentinin rəhbəri Ayaz Çaparlı iki günlük müzakirə zamanı Azərbaycanda aparılan iqtisadi islahatlar, beyin mərkəzləri ilə beynəlxalq müstəvidə əməkdaşlıq və digər məsələlər barədə Forum iştirakçılarına məlumat verəcək.
Qeyd edək ki, regionun üzləşdiyi əsas siyasət məsələlərini müzakirə etmək məqsədilə universitetlər, elmi-tədqiqat mərkəzləri, hökumət və biznes sektoruna dialoq imkanları yaratmaq üçün sub-regional elmi- tədqiqat inkişaf forumu ənənəvi olaraq təşkil olunur.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu