İİTKM Enterprise Azerbaijan portalının rəhbəri vəzifəsinə vakansiya elan edir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il tarixli 497 nömrəli “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə yaradılmış Enterprise Azerbaijan Portalının rəhbəri vəzifəsinə vakansiya elan edir:
Öz peşəkar qabiliyyətlərinə güvənən, bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadə edilməsi istiqamətində ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini vermək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Vakansiyaya qoyulan tələblər:
Vəzifə öhdəlikləri:
- Portalda alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatların əks etdirilməsini təmin etmək;
- Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslər tərəfindən hazırlanan investisiya layihələrinin yerli və xarici investorlara təqdim edilməsi üçün məlumatların Portalda üç (azırbaycan, ingilis və rus) dildə yerləşdirilməsini təmin etmək;
- Layihələrin idarə edilməsi ilə bağlı daxili prosedurlara uyğun olaraq bütün layihə fəaliyyətlərinin icra edilməsi;
- Gənc startapçıların daha çox uğur qazanması üçün dəstək göstərilməsi, o cümlədən startaplarla bağlı təlimlərin təşkili ilə bağlı zəruri işləri həyata keçirmək;
- Startap layihələrinin ekspertlər tərəfindən qiymətləndirilməsini təmin etmək;
- Startaplarla bağlı digər zəruri işlərin təşkil edilməsi ilə bağlı yeni və innovativ ideyalar təqdim etmək;
- Həyata keçirilən tədbirləri keyfiyyətlə və vaxtında yerinə yetirmək;
Namizədə tələblər:
Təhsil və ixtisas tələbləri: iqtisadiyyat, menecment və s. kimi müvafiq sahədə ali təhsil;
Staja dair tələb: müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
Kompüter biliklərinə dair tələblər: (MS Offıce, xüsusilə Excel, Internet) – yüksək səviyyədə
Dil bilikləri: azərbaycan, ingilis və rus və dillərində sərbəst danışmaq və yazmaq bacarığı;
Xüsusi bacarıqlar: diqqətlilik, ünsiyyət qurma bacarığı, dünyagörüşü, komandada işləmək bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti, coxsaylı tapşırıqlar və məhdud zaman gərginliyi altında işləmə bacarığı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-ni 20 yanvar 2022-ci il tarixinədək vacancy@ereforms.gov.az elektron ünvanına göndərə bilərlər.
Elektron məktubun mövzu hissəsində müraciətin məqsədini “Vakansiya_Portal rəhbəri” şəklində göstərmək xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib