İİTKM əməkdaşının məqaləsi “Scopus” bazasında indeksləşdirilən Çinin nüfuzlu elmi jurnalında çap olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini, iqtisad üzrə fəlsəfə doktoru Əbdülrəhim Dadaşovun həmmüəllifi olduğu “Agricultural lands in Azerbaijan: Current usage situation, problems and solutions” (Azərbaycanın kənd təsərrüfatı torpaqları: mövcud istifadə vəziyyəti, problemlər və həll yolları) mövzusundakı məqalə Çin Xalq Respublikasının Çjecianq Kənd Təsərrüfatı və Meşəçilik Universitetinin nüfuzlu “Agricultural & Rural Studies” jurnalında çap olunub.
Azərbaycanın ərzaq təhlükəsizliyi və aqrar sahənin dayanıqlı inkişaf məqsədləri fonunda torpaq resurslarının səmərəli istifadəsi xüsusi əhəmiyyət kəsb edir. Məqalədə ölkənin kənd təsərrüfatı torpaqlarının real istifadə səviyyəsi ilə məhsuldarlıq potensialı arasındakı fərq araşdırılıb. Araşdırma nəticələri göstərib ki, Azərbaycanda torpaqların potensialının yalnız 65%-ə qədəri reallaşdırılır və əsas məhdudlaşdırıcı amillər kimi duzluluq, eroziya və suvarma çatışmazlığı ilə bağlı uyğunsuzluqlar önə çıxır. Araşdırma nəticələri torpaqların bərpası, suvarma infrastrukturunun modernləşdirilməsi və rəqəmsal kadastr sisteminə keçidin həm iqtisadi, həm də ekoloji baxımdan yüksək səmərə verdiyini təsdiqləyir. Eyni zamanda, tədqiqat zamanı ilk dəfə tətbiq olunan Torpaq Səmərəliliyi İndeksi (LEI) əsasında ölkə üzrə torpaq keyfiyyəti, su təminatı və institusional idarəetmə arasındakı qarşılıqlı təsiri ölçmək bu boşluğun elmi əsaslarını daha dəqiq şəkildə ortaya qoyur.
Qeyd edək ki, 2023-cü ildən nəşr olunan “Agricultural & Rural Studies” jurnalında dərc edilən məqalələr “Scopus” bazası tərəfindən indeksləşdirilir. Jurnalda çap olunan məqalənin digər həmmüəllifləri iqtisad elmləri doktoru, professor Akif Vəliyev, iqtisad üzrə fəlsəfə doktorları Vüsalə Babayeva və Gülnarə Cəfərova, iqtisad üzrə fəlsəfə doktoru, dosent Xəyyam Cavadzadədir.
Məqalə ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
https://sccpress.com/ars/article/view/171
https://doi.org/10.59978/ar03040021





Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu