İİTKM-də yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün “e-monitorinq” portalı üzrə təlimlərə başlanılıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nında (Fəaliyyət Planı) nəzərdə tutulmuş tədbirlərin icrasına dair hesabatlılığın “e-monitorinq” portalı üzərindən təqdim edilməsi ilə bağlı yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün təlimlərə start verilib. Bu təlimlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.
Təlimlərin ilk günündə Bakı və Sumqayıt şəhər icra hakimiyyətləri, həmçinin Xətai, Nərimanov, Nəsimi, Nizami, Qaradağ, Sabunçu, Suraxanı, Yasamal, Pirallahı, Abşeron, Xızı və Qobustan rayon icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.
İİTKM-in icraçı direktorunun müavini Təranə Salıfova çıxışında rəqəmsal inkişafın sürətləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. O bildirib ki, qəbul edilmiş Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin uğurla icrası bu sahədə müəyyən edilmiş hədəflərə nail olunmasına mühüm töhfə verəcək. T. Salıfova qeyd edib ki, Fəaliyyət Planında yerli icra hakimiyyəti orqanlarının icra etməli olduğu tədbirlər də əksini tapıb və keçirilən təlimlər həmin tədbirlərin icrasına dair elektron hesabatların hazırlanması və “e-monitorinq” portalı üzərindən təqdim olunması qaydalarının izah edilməsinə həsr edilib.
Təlimdə İİTKM-in icraçı direktorunun müşaviri Bağış Əhmədov Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası üçün Yol Xəritəsinin hazırlanması və indikativ planlaşdırmanın əhəmiyyəti barədə məlumat verib.
Daha sonra İİTKM-in şöbə müdiri İsmət Mehrəliyeva Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı hesabatların verilməsi üçün “e-monitorinq” portalında yerli icra hakimiyyəti orqanları üçün yaradılmış yeni modulun funksional imkanları barədə ətraflı məlumat verib. Təqdimat zamanı moduldan istifadə qaydaları izah olunub, hesabatların modul vasitəsilə təqdim edilməsi prosesi iştirakçıların diqqətinə çatdırılıb.
Sonda təlimdə iştirak edən yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin sualları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və İİTKM-in əməkdaşları tərəfindən cavablandırılıb.









Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar