İİTKM-də yeni vəzifələrə təyinatlar olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının əmri ilə qurumda bir neçə vəzifəyə təyinat olub.
Ayaz Müseyibov icraçı direktorun müşaviri təyin edilib. A.Müseyibov buna qədər Mərkəzi Bank, Azərbaycan Kredit Bürosu, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzində, eləcə də İİTKM-də müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ildə Asiya İnkişaf Bankının təqaüdü ilə Böyük Britaniyanın Kembric Hakim Biznes Məktəbində "Finteks və tənzimləyici innovasiyalar" üzrə təhsil alıb. O, Birləşmiş Millətlər Təşkilatının müxtəlif qurumlarının icra etdiyi layihələrdə məsləhətçi kimi fəaliyyət göstərib.
İİTKM-də digər təyinat qurumun Monitorinq və qiymətləndirmə şöbəsində həyata keçirilib. Buna qədər Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri vəzifəsində çalışan Təranə Salıfova həmin şöbənin müdiri vəzifəsinə təyin olunub. T.Salıfova Azərbaycan Texniki Universitetində bir neçə fənni tədris edir. O, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. Şöbə müdiri “Texnoloji innovasiyalar iqtisadiyyatı” ixtisası üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.
Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri vəzifəsinə isə baş məsləhətçi Şəbnəm Məmmədli təyin olunub. Ş.Məmmədli daha əvvəl Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyində Enerji səmərəliliyi və investisiyalar üzrə mütəxəssis vəzifəsində çalışıb.
İİTKM-in tabeliyindəki Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri vəzifələrini müvəqqəti icra edən Ayhan Satıcı həmin vəzifəyə təsdiqlənib. Şöbə rəhbəri buna qədər “British Council” Azərbaycanda, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA), “Bosshelf” MMC-də, eləcə də İİTKM-də müxtəlif vəzifələrdə çalışıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib