İİTKM-də “Vahid Elektron Hesabatlılıq Portalı” üzrə təlimlərə start verilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dövlət Proqramlarının monitorinq və qiymətləndirilməsinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi məqsədilə yaradılmış “Vahid Elektron Hesabatlılıq Portalı”ndan (portal.monitoring.gov.az) istifadə qaydalarına dair təlimlərə başlanılıb.
İİTKM-in icraçı direktorunun müşaviri Təranə Salıfova Portalın məqsədi, nəzərdə tutulan funksional imkanlar və qarşıdakı mərhələlər barədə ətraflı məlumat verib. Sonra Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşları Arzu Süleymanov və Elşən Yusifli Portala məlumatların daxil edilməsi və hesabatlılığın formalaşdırılması haqqında təqdimatla çıxış ediblər. Həmçinin Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşı Gültac Əhmədzadə-Tapdıqzadə tərəfindən Portal daxilində qurulmuş “Layihə İdarəetmə Modulu”na dair təlimat təqdim edilib və təlim iştirakçılarının sualları cavablandırılıb.
İlk təlim sessiyalarında “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024–2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı” və “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər və layihələrin Portal üzərindən real iş axını nümunələri təqdim edilib. Sessiyada bir sıra dövlət qurumlarının, o cümlədən İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Nəqliyyatı Əlaqələndirmə Şurasının nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Portal strateji sənədlərin, o cümlədən dövlət proqramlarının monitorinq və qiymətləndirilməsinin fasiləsiz, operativ və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə İİTKM-in daxili resursları və mövcud elektron modulların texniki dəstəyi əsasında hazırlanıb. Platforma məlumatların mərkəzləşdirilməsi, hesabatlılığın artırılması, əlaqəli qurumlar arasında koordinasiyanın gücləndirilməsi və data əsaslı qərarvermə baxımından mühüm vasitə kimi çıxış edir.







Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib