İİTKM-də “Vahid Elektron Hesabatlılıq Portalı”ndan istifadə qaydalarına dair təlimlər başa çatıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən Dövlət Proqramlarının monitorinq və qiymətləndirilməsinin mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsi məqsədilə yaradılan “Vahid Elektron Hesabatlılıq Portalı”ndan (portal.monitoring.gov.az) istifadə qaydalarına dair təlimlər başa çatıb.
Növbəti sessiyalar “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”, “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı” və “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə keçirilib. Təlimlərdə İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı İİTKM-in İqtisadi təhlil şöbəsinin müdiri Elnur Ələkbərov, Dövlət proqramları şöbəsinin müdiri Lətif Zeynallı və Rəqəmsal Ticarət Qovşağının rəhbəri vəzifəsini icra edən Aygün Əhmədova portalın məqsədi və funksionallığı barədə ümumi məlumat verərək monitorinq və qiymətləndirmə prosesində rolundan danışıblar.
Daha sonra, İİTKM-in Sahəvi proqramların monitorinqi sektorunun müdiri Elşən Yusifli tərəfindən dövlət qurumlarının nümayəndələrinə portala məlumatların daxil edilməsi, hesabatlılığın formalaşdırılması, layihə monitorinqi və hesabatların hazırlanması üzrə funksionallıqlar, eləcə də portal daxilində qurulmuş “Layihə İdarəetmə Modulu”na dair məlumat verilib.
Təlimin sonunda İİTKM-in əməkdaşları aidiyyəti qurumların nümayəndələri tərəfindən qaldırılan sualları cavablandırıblar və iştirakçılar arasında qarşıdakı mərhələlər üzrə əməkdaşlığın daha da gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, “Vahid Elektron Hesabatlılıq Portalı”ndan istifadə qaydalarına dair ümumilikdə 20 qurumun nümayəndəsi ilə ayrı-ayrı görüş keçirilib.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu