İİTKM-də Ulu Öndər ilə bağlı iclas keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) toplantı keçirilib. Mərkəzin icraçı direktoru Vüsal Qasımlı Ulu Öndərin həm sovet dönəmindəki, həm də müstəqillik illərindəki hərtərəfli fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, hələ sovet dönəmində Heydər Əliyev qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində Azərbaycan iqtisadiyyatını 3-cü sənaye inqilabının tələblərinə uyğun reform etməyə nail olub. 1969-1985-ci illərdə verilmiş qərarlar sayəsində ölkədə istehsal edilən sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər olub. Bu illər ərzində istehsal edilən milli gəlir 2.6, sənaye məhsulunun həcmi 2.7, kənd təsərrüfatı məhsulları isə 2.3 dəfə artıb. Ulu Öndərin bu uğurlu idarəçilik modeli müstəqillik illərində də davam edib. Azərbaycan iqtisadiyyatının dərin böhran içində olduğu 1990-cı illərdə Heydər Əliyev əvvəlcə ictimai-siyasi sabitliyi bərpa edib və “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla Azərbaycan iqtisadiyyatının dirçəlməsi mərhələsini başladıb. Bunun nəticəsi olaraq, 2002-ci il dövlət büdcəsi 1993-cü ilə nisbətən 85.1 dəfə artaraq, 910.2 milyon manata çatıb. Ulu Öndərin uğurlu neft straftegiyası isə Azərbaycanın davamlı və stabil inkişafını təmin edib.
Vüsal Qasımlı qeyd edib ki, Heydər Əliyev yalnız iqtisadi sahədə deyil, digər sahələrdə - hərbi, sosial, mədəni sahələrdə də uğurlu qərarlar qəbul etməklə Azərbaycanın hərtərəfli inkişafını və ümumilikdə dövlətçiliyin möhkəmlənməsini təmin edib. Bu baxımdan 2020-ci ildə Vətən müharibəsində əldə olunmuş böyük qələbədə də Ulu Öndərin müstəsna payı var.
2023-cü ilin “Heydər Əliyev İli” olduğunu xatırladan Vüsal Qasımlı bildirib ki, Mərkəz bu il çərçivəsində bir sıra fəaliyyətlər həyata keçirir, müxtəlif miqyaslı tədbir və konfranslar təşkil edir, jurnal və kitablar, həmçinin videoicmallar hazırlayır.

Ekspert yazıları
Aqil Əsədov
İİTKM-in şöbə müdiri
Dövlət Başçılarının 5-ci Məşvərət görüşü regionda inteqrasiya proseslərini daha da sürətləndirəcək
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycanda 2026-cı ilə kimi sosial xidmətin keyfiyyəti əhəmiyyətli dərəcədə artırılacaq
Ayhan Satıcı
Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri v.m.i.e
Özbəkistan Prezidentinin dövlət səfəri iqtisadi münasibətlərin də dərinləşməsində yeni mərhələdir
Şəbnəm Məmmədli
Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi
“Azalternativenerji” MMC-nin ləğvi dövlət resurslarına olan tələbat və risklərin azaldılmasına xidmət edəcək
Təranə Salıfova
Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri
2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında edilən dəyişiklik yüksək iqtisadi artıma təkan verəcək
Aqil Əsədov
İİTKM-in şöbə müdiri
Nəqliyyat sektorundan gözləntilər artır
Ayhan Satıcı
Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri v.m.i.e
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələyə qədəm qoyur