İİTKM-də Ulu öndər Heydər Əliyev anılıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş tədbir keçirilib. Qeyd olunub ki, Heydər Əliyevin sovet dövründə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və iqtisadiyyatının gücləndirilməsi istiqamətində gördüyü işlər sonradan müstəqil Azərbaycan dövlətinin qurulmasında mühüm rol oynamışdır. Heydər Əliyevin sovet dövlətinin rəhbərlərindən biri kimi siyasi olimpə yüksəlməsi Azərbaycan siyasi tarixinin parlaq nümunəsidir. Ulu öndərin Azərbaycanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəni böhrandan və parçalanmaq təhlükəsindən xilas edib. Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev ictimai-siyasi sabitliyi yaratmaqla dövlətçiliyi bərpa edib. Heydər Əliyevin torpaq islahatı və özəlləşdirmə siyasəti iqtisadi islahatların məhək daşı olub. Məhz, Ulu öndər qeyd edib ki, “Biz bazar iqtisadiyyatı yolu ilə cəsarətlə getməliyik”. Neft strategiyasının əsasının qoyulması və uğurla icra edilməsi, eyni zamanda iqtisadiyyatın şaxələndirilməsinə başlanılması, yoxsulluğun azaldılması, infrastrukturun bərpası və ordunun gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Heydər Əliyev həmişə mədəniyyət, ədəbiyyat, elm və təhsilin inkişafını diqqətdə saxlayıb. Müzakirələrdə qeyd edilib ki, Prezident İlham Əliyev Ulu öndərimizin kursunu uğurla davam etdirir. Tədbirdə Ulu öndərə həsr edilən video-çarx nümayiş etdirilib.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu