İİTKM-də Türk Ağsaqqalları Birliyinin nümayəndələri ilə görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı" İctimai Birliyinin (TAİB) sədri və üzvləri ilə görüş keçirilib.
Qonaqları qəbul edən İİTKM-in icraçı direktoru Vüsal Qasımlı açılış nitqi ilə çıxış edib. O bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə Türk dünyasına inteqrasiya ölkədə aparılan siyasətin əsas istiqamətlərindən biridir və Türk dünyası dövlətlərinin inteqrasiyası üçün bu gün daha əlverişli şərait yaradılıb. Dövlətlərarası iqtisadiyyat, mədəniyyət, təhsil, nəqliyyat və digər sahələr də daxil olmaqla əməkdaşlıq potensialı inkişaf etdirilir.
Daha sonra TAİB sədri Sudeyf İmamverdiyev rəhbərlik etdiyi təşkilat adından İİTKM-ə təşəkkürünü bildirib. S.İmamverdiyev əlavə edib ki, son bir neçə il ərzində türk dövlətləri arasında beynəlxalq əməkdaşlıqla bağlı xeyli irəliləyiş əldə olunub və onun rəhbərlik etdiyi təşkilat bu proseslərə töhfə vermək arzusundadır.
TAİB-in fəaliyyətinə dair video təqdimatın ardınca təşkilatın sədr müavini Eyvaz Hünbətov çıxış edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Ayhan Satıcı türk dünyasına inteqrasiya ilə bağlı görülən işlərdən danışıb. Bundan başqa TAİB-in idarə heyətinin üzvü, Turan Elmlər Akademiyasının vitse-prezidenti Sabir Tağıyev, TAİB Qadınlar Şurasının sədri Güllü Yoloğlu, eləcə də TAİB Gənclər Təşkilatının sədri Sübhan Xıdırzadə çıxışlar ediblər.
Müzakirə zamanı Azərbaycanın “Türk Dünyası 2040 Vizyonu” mövzusunda keçirilən konfransa verdiyi töhfə və bu istiqamətdə aparılan işlərdən danışılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondunun Türkiyənin zəlzələ bölgəsinə humanitar yardımı Türk dünyasının çətinliklər qarşısında necə birləşməsinə bir nümunədir.
Yekunda qurumlar arasında gələcəkdə qarşılıqlı əlaqələrin qurulması, eləcə də birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf