İİTKM-də tranzit daşımalarının 2026-cı il üzrə indikativ planlaşması müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nın icrası üzrə 2026-cı ilə dair indikativ planlaşmanın aparılması və nəticə indikatorları üzrə hədəf göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə əsas icraçı qurumların nümayəndələri ilə görüş keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Təranə Salıfova Fəaliyyət Planının icrası istiqamətində 2026-cı il üzrə qarşıda duran vəzifələr, dövrün sonuna monitorinq və qiymətləndirmənin aparılması məqsədilə kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsinə dair yanaşmaları diqqətə çatdırıb. Daha sonra, Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri Arzu Süleymanov tərəfindən indikativ planlama cədvəli təqdim olunaraq, dövlət qurumlarının nümayəndələri ilə interaktiv müzakirələr aparılmışdır. Fəaliyyət Planının icra müddətinin 2026-cı ildə yekunlaşacağı diqqətə çatdırılaraq, icra prosesində institusional koordinasiya, nəticəyönümlü yanaşma və hesabatlılıq məsələləri üzrə ümumi mövqelər formalaşdırılıb.
Görüşdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Dəmir Yolları QSC və Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı ASC-nin nümayəndələri iştirak edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” nın təsdiq edilməsinə dair 23 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən, Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsini İİTKM həyata keçirir.









Ekspert yazıları
İsmət Mehrəliyeva
Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri
Azərbaycan rəqəmsal xidmətlərdə ABŞ, Böyük Britaniya və Kanadanı geridə qoydu – tarixi nəticə
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır