İİTKM-də “Sülh aylığı” çərçivəsində məlumatlandırma tədbiri keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən elan edilmiş “Sülh aylığı” çərçivəsində məlumatlandırma tədbiri keçirilib.
Tədbiri giriş nitqi ilə açan İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn ombudsmanın müraciətini diqqətə çatdırıb, “Sülh aylığı”nın məqsədləri və əhəmiyyəti barədə məlumat verib. Bildirilib ki, 21 avqust – 21 sentyabr tarixlərini əhatə edən “Sülh aylığı” sülh dəyərlərinin təşviqinə, cəmiyyətdə dialoq, qarşılıqlı hörmət və anlaşma mühitinin gücləndirilməsinə diqqətin artırılmasına xidmət edir.
Sonra çıxış edən iqtisad elmləri doktoru Aqil Əsədov davamlı inkişaf və iqtisadi tərəqqi üçün sülh amilinin mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, sabit və təhlükəsiz mühit ölkələrin iqtisadi potensialından daha səmərəli istifadə etməsinə, investisiya və əməkdaşlıq imkanlarının genişlənməsinə, yeni iqtisadi layihələrin reallaşdırılmasına şərait yaradır. Aqil Əsədov Azərbaycanın regionda uzunmüddətli sülhün və əməkdaşlığın təşviqi istiqamətində həyata keçirdiyi təşəbbüslərdən də danışıb. Qeyd olunub ki, regionda sülhün möhkəmlənməsi nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi baxımından yeni imkanlar formalaşdırır.
Tədbirdə sülh və iqtisadi inkişaf arasında qarşılıqlı əlaqə, sosial rifahın yüksəldilməsi, insan kapitalının inkişafı və inklüziv iqtisadi artımın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib