İİTKM-də “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda dəyirmi masa keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müəyyən edilmiş strateji prioritetlərə uyğun olaraq “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsinin dövlət siyasətinin prioritetlərindən olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında rəqəmsal inkişaf, süni intellekt, kibertəhlükəsizlik, innovasiya ekosisteminin gücləndirilməsi və dövlət idarəçiliyində rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi ilə bağlı müəyyən edilmiş strateji hədəflər dövlət qurumları arasında koordinasiyalı fəaliyyətin daha da gücləndirilməsini zəruri edir. Bu məqsədlə təşkil olunan dəyirmi masa proqram idarəetməsində müasir yanaşmaların tətbiqi, nəticəəsaslı idarəetmə mexanizmlərinin genişləndirilməsi və rəqəmsal transformasiya proseslərinin səmərəli əlaqələndirilməsi baxımından mühüm müzakirə platformasıdır.
Tədbirdə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın məqsəd və vəzifələri, gözlənilən nəticələr mövzusunda çıxış edərək Fəaliyyət Planının prioritetləri, icra mexanizmləri barədə məlumat verib.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova “Kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqi istiqamətləri” mövzusunda çıxış edərək aqrar sektorda rəqəmsal həllərin tətbiqi, məlumat əsaslı idarəetmə və innovativ texnologiyaların məhsuldarlığın artırılmasındakı rolunu diqqətə çatdırıb.
Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov “Bank sektorunda rəqəmsal transformasiya və rəqəmsal ödəniş ekosisteminin inkişafı” mövzusunda maliyyə sektorunda innovativ həllərin tətbiqi, müasir ödəniş sistemlərinin inkişafı və rəqəmsal maliyyə xidmətlərinin perspektivlərini şərh edib.
Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Elektron təhsil xidmətlərinin genişləndirilməsi, tədris prosesinin rəqəmsal transformasiyası” mövzusunda çıxış edib.
“Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Rauf Cabarov “Milli kibertəhlükəsizlik infrastrukturunun formalaşdırılması” mövzusunda çıxışında ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafı, institusional potensialın gücləndirilməsi və dövlət–özəl sektor əməkdaşlığının əhəmiyyətindən bəhs edib.
"Yeni Texnologiyaların İnkişafına Dəstək" İctimai Birliyinin sədri Ceyhun Xəlilov isə “Rəqəmsal dövlət quruculuğu və müasir texnologiyaların tətbiqində ictimai təşəbbüslər” mövzusunda çıxış edərək vətəndaş cəmiyyətinin rəqəmsal transformasiya prosesində rolu, ictimai təşəbbüslərin təşviqi və innovasiya ekosisteminin inkişafına dair yanaşmalarını bölüşüb.
Tədbirdə Milli Məclisin deputatları Azər Badamov, Məzahir Əfəndiyev, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin birinci müavini Yaşar Əməşov, səhiyyə nazirinin müavini Rüfət Hacıəlibəyov, maliyyə nazirinin müavini Natiq Həsənov, Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyətinin sədri Fərid Zeynalov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədrinin müavini Şahin Əliyev, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Mərkəzi Bankın baş direktoru Sadiq Axundov, Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsəd-zadə, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi, Elm və Təhsil, Ədliyyə, Daxili İşlər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbər və məsul vəzifəli şəxsləri iştirak ediblər.
Müzakirələr zamanı rəqəmsal transformasiya prosesinin institusional əsaslarının möhkəmləndirilməsi, dövlət qurumları arasında koordinasiyanın və məlumat mübadiləsinin təkmilləşdirilməsi, nəticəəsaslı proqram idarəetməsinin tətbiqi, eləcə də qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.








Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025