İİTKM-də “Qida təhlükəsizliyi” dərslik layihəsi ilə bağlı FAO nümayəndələri ilə görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Qida təhlükəsizliyi” adlı dərslik layihəsi çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri ilə görüş keçirilib. Görüşdə FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin məsul əməkdaşı Meri Kenni, FAO-nun Azərbaycan nümayəndəliyinin əməkdaşı Beyrək Hacıyev, İİTKM tərəfdən isə icraçı direktorun müavini Ramil Hüseyn, Dövlət proqramları şöbəsinin müdiri Lətif Zeynallı və baş məsləhətçi Günay Rəhimli iştirak ediblər.
İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn bildirib ki, hazırda Mərkəz tərəfindən 26 dövlət proqramının, o cümlədən qida təhlükəsizliyi üzrə dövlət proqramının icrasının monitorinqi həyata keçirilir. İİTKM ölkənin aparıcı beyin mərkəzlərindən biri kimi tələbat olan istiqamətlər üzrə kitabların hazırlanması və koordinasiyasını da əsas fəaliyyət istiqamətlərindən biri hesab edir. Ölkədə qida təhlükəsizliyinin strateji əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə birlikdə “Qida təhlükəsizliyi” dərsliyi layihəsinə başlanılıb. Bildirilib ki, dərslik UNEC-in Elmi Şurasında təsdiqləndikdən sonra ali təhsil müəssisələrində tədris məqsədilə istifadə olunacaq. Ramil Hüseyn vurğulayıb ki, kitabda yerli təcrübə ilə yanaşı, beynəlxalq yanaşmaların da əks olunması vacibdir və bu baxımdan FAO-nun ekspert dəstəyi xüsusi əhəmiyyət daşıyır.
Meri Kenni isə FAO-nun Azərbaycanda qida təhlükəsizliyi sahəsində həyata keçirilən proseslərdə fəal iştirak etdiyini qeyd edib və İİTKM-in bu dərslik layihəsi ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirib. O bildirib ki, belə bir dərsliyə region ölkələrində də ehtiyac var. Bu baxımdan kitabın həm Azərbaycan, həm də ingilis dillərində nəşrinin faydalı olacağı qeyd edilib. Meri Kenni FAO üçün bilik və beynəlxalq təcrübənin paylaşılmasının əsas prioritetlərdən olduğunu vurğulayaraq təşkilatın layihəyə töhfə verməkdən məmnunluğunu ifadə edib.
Görüşdə növbəti mərhələdə həyata keçiriləcək addımlar, həmçinin FAO-nun kitabın hazırlanması və ekspert rəylərinin təqdim olunması prosesində iştirakı müzakirə edilib. Qeyd olunub ki, akademik mühit, dövlət qurumları və özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanan dərslik FAO-nun dəstəyi ilə həm Azərbaycan, həm də region üçün qida təhlükəsizliyi sahəsində fundamental bir mənbə rolu oynayacaq.







Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu