İİTKM-də Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nümayəndə heyətinə dövlət idarəçiliyində tətbiq olunan innovativ texnologiyalar təqdim olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) dəstəyi ilə ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nümayəndə heyəti ilə görüş keçirilib.
“Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda keçirilən tədbirdə İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri İlyas Hüseynov “Türk dövlətlərinin rəqəmsal iqtisadiyyatı: Qlobal trendlər və regional reallıqlar” kitab layihəsi haqqında geniş məlumat verdi. Eyni zamanda kitabın qazaxıstanlı tədqiqatçıların tərəfindən fəsillərin yazılmasında iştirak imkanı müzakirə olundu.
İİTKM-in operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov Azərbaycanda rəqəmsal ixracın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib.
“Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov “Startup School 4" layihəsi haqqında qonaqlara məlumat verdikdən sonra Mərkəzi Asiyanın ən böyük innovasiya mərkəzlərindən biri hesab olunan “Astana Hub” arasında əməkdaşlığın qurulması məqsədilə Qazaxıstanın paytaxtı Astanada keçirilmiş görüşün nəticələri və Türk dövlətlərinin startap layihəsi haqqında qonaqlara məlumat verib.
Daha sonra Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Sevinc Cabbarova dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi prosesinin İİTKM-in “e-monitorinq” portalı vasitəsilə həyata keçirilməsi üzrə mexanizmləri izah edib.
Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İdarəetmə İnstitutunun professoru Rauşan Dulambayeva birgə məqalələrin yazılması, İİTKM-nin elmi dərəcəli, yüksək elmi nailiyyətləri olan əməkdaşları ilə birgə layihələrin həyata keçirilməsi mexanizmləri ilə bağlı çıxış etdi.
Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İdarəetmə İnstitutunun professoru Serik Cumabayev İİTKM-nin elmi dərəcəli əməkdaşlarının Akademiyanın Dissertasiya şurasında iştirakı və elmi məsləhətçi kimi tədqiqatlara cəlb olunması imkanları haqqında məlumat verdi.
Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kiçik tədqiqatçı Murat Abuov öz tədqiqat işinin elmi nəticələri haqqında məruzə etdi.
İştirakçılar dövlət idarəçiliyində innovativ həllərin tətbiqinin genişləndirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və monitorinq mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Qonaqlara Mərkəz tərəfindən nəşr olunan “Türk Dövlətlərinin İqtisadiyyatı” və “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” kitabları hədiyyə olunub.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib