İİTKM-də Özbəkistanın İpək Yolu Beynəlxalq Turizm və Mədəni İrs Universitetinin nümayəndələri ilə görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Özbəkistanın İpək Yolu Beynəlxalq Turizm və Mədəni İrs Universitetinin nümayəndələri ilə görüş keçirilib.
İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri İlyas Hüseynov bildirib ki, Azərbaycan və Özbəkistan arasında həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlər uğurla inkişaf edir. Xüsusilə turizm sahəsində artım dinamikası müşahidə olunur. Ötən ilin məlumatlarına görə, yanvar-noyabr aylarında Özbəkistana səfər edən Azərbaycan vətəndaşlarının sayı 21 min nəfərdən çox olub. 2025-ci ildə Azərbaycana gələn xarici turistlər arasında Özbəkistan vətəndaşlarının sayı isə illik müqayisədə 34% artıb. Hazırda Bakı-Daşkənd, Bakı-Səmərqənd və Bakı-Urgenç istiqamətində birbaşa aviareyslərin olması turizm sahəsində artımı sürətləndirən əsas amillərdəndir.
İİTKM-in İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli qeyd edib ki, Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Turist axınlarının intensivləşməsi, birgə “İpək Yolu” layihələri və ticarət dövriyyəsinin artması bunun bariz nümunəsidir.
İpək Yolu Beynəlxalq Turizm və Mədəni İrs Universitetinin Beynəlxalq Biznes və Yaradıcı İqtisadiyyat kafedrasının müdiri Nilufər Rəhimova bildirib ki, təmsil etdikləri təhsil müəssisəsinin missiyası müstəqil elmi tədqiqatları və orijinal bədii yaradıcılığı inkişaf etdirmək və cəmiyyətin yaradıcı ruhunu dəstəkləməkdir. Mərkəzi Asiya regionunda aparıcı elm və təhsil mərkəzi olmaq, turizm də daxil olmaqla iqtisadiyyatın prioritet sahələrinin inkişafı üçün kadrlar hazırlamaq və fəaliyyətinin nəticələrinə görə dövlət və cəmiyyət qarşısında hesabat vermək universitetin əsas hədəfidir.
İpək Yolu Beynəlxalq Turizm və Mədəni İrs Universitetinin Beynəlxalq Biznes və Yaradıcı İqtisadiyyat kafedrasının müəllimi Nigina Sultanova ali təhsil müəssisəsinin nəzdində turizm sahəsində tədqiqatlar aparmağı hədəfləyən “beyin mərkəzi”nin yaradıldığını diqqətə çatdırıb.
Sonda qonaqlara İİTKM-in nəşri olan “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” kitabı təqdim olunub.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib